Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, güclü iradəsi və qətiyyəti İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərini şərtləndirən əsas amillərdir. Qüdrətli və yenilməz Ordu, düşmənin belini qıran “dəmir yumruq”, informasiya müharibəsində qazanılan zəfər, Türkiyə-Azərbaycan arasında dostluq və qardaşlığın zirvəyə yüksəlməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və quruculuq işləri, uğurla həyata keçirilən çoxşaxəli islahatlar - bütün bunlar cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.
Dövlətimizin başçısının yanvar ayının 10-da yerli televiziya kanallarına səmimi müsahibəsi baş tutdu. Cənab Prezident İlham Əliyevin jurnalistlərlə dialoqu, səmimi münasibəti hər birimizdə qürur hissi aşılayır.Dövlətimizin başçısı müsahibəsində deyib: "Müharibə bitsə də, mübarizə hələ davam edir“. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”.
Azərbaycan xalqı, onun ziyalıları, vətənpərvər gəncləri, Sizin ətrafınızda sıx birləşib - Sizinlə milli həmrəylik nümayiş etdirir və hər zamanda Sizinlə olacaq Möhtərəm Prezident. Ölkəmizin başçısı cənab Prezident İlham Əliyev çıxışında həmçinin qeyd edibki: Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır.
Cənab Prezident İlham Əliyevin humanizmini, ədalətini əks etdirən sərəncamları, imzaladığı qanunlar insanlara qayğının təzahürüdür. Azərbaycan Prezidentinin şəhid ailələrinin üzvləri, müharibə qaziləri və əhalinin digər həssas təbəqələrinin nümayəndələri ilə səmimi görüşləri onun əsl vətənpərvər azərbaycanlı olmasının, həmçinin nəcib addımları ilə fərqlənən liderliyinin göstəricisidir. Ölkə Prezidentinin prinsipiallığı Azərbaycan dövlətinin bütün sahələrdə ciddi uğurlar qazanmasını şərtləndirib.
Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib. “Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Cənab Prezident, Siz öz şərəfli fəaliyyətiniz, xalqımızın yolunda göstərdiyiniz misilsiz fədakarlığınızla artıq çoxdan sübut etmisiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz.