Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyevdir

Mingəçeviri Qafqazın  enerji  mərkəzinə  çevirən  Ulu  Öndər Heydər  Əliyevdir

Turac Ələkbərova  

YAP Suraxanı rayon təşkilatının təəssübkeşi

Suraxanı rayon 104 nömrəli tam orta məktəbin müəllimi 

Fevralın 13-də    Bakıda  “Gülüstan” sarayında  müstəqillik  dövrünün  1280 MVt  gücündə ən  böyük  İistilik  Elektrik  Stansiyasının  təməlqoyma  mərasimi keçirilib. Azərbaycan  Respublikasının Prezidenti  İlham  Əliyev  tədbirdə iştirak  edib.

Dövlətimizin başçısı tədbirdə  çıxış edərək  demişdir: “Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur”. Dövlət başçısı  qeyd  edib  ki,Uiu Öndərin rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində,  daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb.

Cənab İlham Əliyev  onu da əlavə edib   ki,  Mingəçevir  Elektrik  Stansiyasının  önəmi  İkinci  Qarabağ  müharibəsi   zamanı bir  daha bəlli oldu:  “O vaxt  döyüş  meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini, o cümlədən  Mingəçevir  Elektrik  Stansiyasını  da  uzaqmənzilli  raketlərlə atəşə  tutmuşdu. Bu  raketlərin  bir  çoxu Azərbaycanın  hava  hücumuna qarşı müdafiə  sistemləri tərəfindən məhv  edildi. Yəni  döyüş meydanında  məğlub olan Ermənistan Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan  çıxarmaq  istəyirdi. Ancaq  buna nail ola bilmədi. İlham  Əliyev bildirib  ki, indi  isə Mingəçevir şəhərinin  Azərbaycanın  və  bütün Qafqazın elektroenergetika  mərkəzi  kimi  yeni  dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan. Stansiya  bizim potensialımızı  böyük dərəcədə  gücləndirəcək.

Yeni  elektrik stansiyasının  Azərbaycanın  enerji  təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd  edən  dövlət başçısı  deyib  ki, həm yeni  iş yerləri açılacaq,  həm  də  Azərbaycan  öz  imkanlarından   tam  istifadə  edərək    elektrenergetika və  təbii qaz   sahəsində  daha  böyük  addımlar  atacaq. Dövlət  başçısı qeyd  edib  ki, illər  keçdikcə  istənilən  infrastruktur  köhnəlir, o  cümlədən Mingəçevir   Elektrik   Stansiyasının yenidən qurulması  əsas  məsələlərdən  biri   idi.                                                          

2018-ci  ildə  stansiyanın  yenidən qurulması  prosesi başlayıb. Qısa müddətdə  8  blokun tamamilə  yenidən  qurulduğunu   və istifadəyə verildiyini  diqqətə çatdırıb. Prezident deyib: ”Beləliklə, 2020 – ci ildə stansiya , necə  deyərlər, öz  əzəli  gücü  ilə yenidən  işləməyə  başlamış və 2400 meqavat  generasiya gücünə  malik  olmuşdur. Onu  da  bildirməliyəm  ki,bərpa- yenidənqurma  işləri  nəticəsində təqribən  600  meqavatdan çox  itirilmiş  güclər  bərpa  edildi  və  bu  da  özlüyündə yeni  bir  stansiyanın  tikintisi  deməkdir”.