Milli ruhda böyüyən, vətənpərvər gənclər Ali Baş Komandan cənab İlham Əliyevin ərtrafında bir yumruq kimi birləşdi
Günel Rəhimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
Prezident cənab İlham Əliyev 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib və çıxışı zamanı qeyd etmişdir ki , “ Dördüncü dəfədir ki , bayram tonqalını mən işğaldan azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022 – ci ildə Suqovuşanda , keçən il Talış kəndində , bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır . Bu, çox böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı , qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə - baba torpaqlarına qaytara bilmişik və bu il də bu proses davam edəcək “ .
Bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bərpa qurucluq işləri davamlı olaraq aparılır . Bu proses bu ildə uğurla davam edəcək. Prezident cənab İlham Əliyev tərəfindən qələbəmizin növbəti rəmzi kimi Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı“ adlandırılıb. Bu tariximizə, zəfərimizə olan ən yüksək qiymətin göstəricisi hesab olunur. Çünki Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınıb.
Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq vurğuladı ki, “Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda , milli ruhda yetişdirildi . Üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu topaqlarda əbədi yaşayacağıq.
Azərbaycanın gəncləri ölkəmizin bu günü, gələcəyi və sabahına olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha əmin olduq ki, Azərbaycanın böyük güclü gələcəyi var. Çünki sağlam, cəsur, vətənpərvər, qəhrəman bir nəslin yetişdiyini gördük. Milli ruhda böyüyən, vətənpərvər gənclər Ali Baş Komandan cənab İlham Əliyevin ərtrafında bir yumruq kimi birləşdi.
Vətənpərvər gənclərimiz işğal olunmuş torpaqlarımız uğrunda qəhrəmancasına vuruşdular, 30 ilik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. İşğal altında olan torpaqlarımızın azad edilərək azadlığa qovuşmasında minlərlə gənc şəhidlərimizin qanı və bütün qəhrəman qazilərimizin şücaəti var.