Milli ruh, rekord nəticələr və gələcəyə inamla baxış
Kənan Həsənli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 290 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi
2025-ci il Azərbaycanın idman tarixində hər zaman olduğu kimi əlamətdar illərdən biri kimi yadda qaldı. Əldə edilən nailiyyətlər, qazanılan qələbələr idmanın əhəmiyyətli və vacib olduğunu bir daha sübut etmiş oldu. Təbii ki, qələbə və nailiyyətlərdən əvvəl, ən vacib və mühümü şagirdlərimizdə milli və mənəvi ruhu formalaşdırmaq, xalqımızın milli kimliyinin dərk olunmasında üzərimizə düşən vəzifələri yerinə yetirməkdir. Nə üçün bu qədər vacib əhəmiyyət daşıyır milli ruh? Sualımızı Ulu öndərimiz, ümumilli liderimiz Heydər Əliyev zamanında çox gözəl cavablamışdır: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.”
Bu yolu ulu öndərimizin oğlu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurlu və düzgün siyasəti nəticəsində davam etdirir.
Digər tərəfdən, nəzər salsaq görərik ki, Azərbaycanda idman infrastrukturu sıfırdan qurulmuşdur və ən yüksək səviyyədədir. Bölgələrimizdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatmışdır. 2024-cü ildə “Gəncə İdman Sarayı”, 2025-ci ilin sentyabr ayında tikintisi başa çatmış olan “Yevlax Olimpiya İdman Kompleksi” buna bariz nümunədir.
Cari ildə bir sıra yarışların keçirilməsi gözlənilir. Bunlardan Xizək üzrə Dünya Kubokunu qeyd etmək yerinə düşərdi. Azərbaycanın tarixində ilk dəfə keçiriləcək bu tədbir Qusarda, Şahdağ Xizək Kurortunda baş tutacaq və Azərbaycan ilk dəfə olaraq Xizək üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Bütün idmançılara uğurlar arzulayırıq.