Milli Metallurgiya və Dağ-Mədən Sənayesinin İnkişaf Strategiyası
Aygün Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədr müavini
Suraxanı rayonu, 312 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı çərçivəsində ölkə iqtisadiyyatında xammal hasilatından son hazır məhsul istehsalına qədər uzanan tam və bütöv bir sənaye zənciri formalaşdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji kurs qeyri-neft sektorunun genişləndirilməsinə, regional inkişafa və daxili istehsal güclərinin maksimum artırılmasına xidmət edir.
Həyata keçiriləcək layihələrin ölkə iqtisadiyyatına illik müsbət töhfəsi 1 milyard manatdan çox proqnozlaşdırılır. Sektor üzrə ümumilikdə 5 mindən çox daimi iş yeri yaradılacaq və xüsusilə işğaldan azad edilmiş ərazilərdə məşğulluq sürətlənəcək. Proqramın əsas maliyyə təminatı dövlət tərəfindən həll edilsə də, "AzerGold" ilə yanaşı yerli və xarici özəl investorların iştirakı üçün geniş imkanlar açıq saxlanılır.
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən zəngin qızıl, mis və molibden yataqları müasir geoloji üsullarla yenidən araşdırılır və sürətlə iqtisadi dövriyyəyə cəlb olunur. Bölgənin mineral-xam mal potensialını üzə çıxarmaq məqsədilə gələn ildən etibarən genişmiqyaslı yeni geoloji kəşfiyyat işlərinə başlanılır. Strateji əhəmiyyətli "Filizçay" polimetal yatağının texniki-iqtisadi əsaslandırması başa çatdıqdan sonra yekun investisiya qərarı verilərək istismara keçiriləcək.
Bu parkda "Daşkəsən" filiz yatağının bazasında hasilatdan son məhsula qədər tam zəncir qurulur. Burada filiz zənginləşdirilməsi, pelet və briketlənmiş dəmir istehsalı müəssisələri fəaliyyət göstərəcək.
Təbii sərvətlərin işlənməsi və ağır sənayenin inkişafı prosesində ətraf mühitin mühafizəsi və ciddi ekoloji standartlara riayət olunması dövlətin mütləq və dəyişməz şərtidir.