Macarıstanın Baş naziri vurğuladı ki, iki dövlət arasında olan dərin əməkdaşlığı yüksək qiymətləndirir

Macarıstanın Baş naziri vurğuladı  ki, iki dövlət arasında olan dərin əməkdaşlığı yüksək qiymətləndirir

Aybəniz Rüstəmova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 280 nömrəli tam orta məktəbin direktor müavini

Bu səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri keçirilib. Görüşlərdə hər iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan məsələlər işıqlandırıldı.Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana sayca dördüncü səfəridir.

Məqsəd ölkələrimiz arasında olan əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Həm təkbətək, həm də geniş tərkibdə keçirilən  görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Ələxsus  Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə  arasında olan qarşılıqlı hörmət və etimad diqqətə çatdırıldı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi olaraq vurğulandı. Azərbaycanın uğurlarının  fonunda tərəfdaşlarının çoxluğunu böyük səmimiyyətlə nəzərə çatdıran  Macarıstanın Baş naziri Viktor Orban onu da  vurğuladı  ki, iki dövlət arasında olan dərin əməkdaşlığı yüksək qiymətləndirir və bu əlaqələr gələcəkdə də davam edəcək.

Bu əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Beəki, Macarıstan Azərbaycanın  Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında  strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bugünə qədər  iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni  Anlaşma Memorandumları  əməkdaşlığın daha da genişlənməsində əhə-miyyətli rol oynayacaq.  Bir mühüm məqamı da xüsusi  vurğulamalıyıq ki, Azərbaycanın enerji sektoru ilə yanaşı həm də qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqət mərkəzindədir.

İlham Əliyevin  Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstərici-sidir.Belə ki imzalanan sənədləi əlaqələrin gələcək inkişafının yol xəritəsi hesab oluna bilər. Strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamənin im-zalanması bir daha sübut etdi ki,Macarıstan və Azərbaycan həm dost həm də strateji tərəfdaşdırlar.