Məşvərət şurasının ilk iclasından sonra, şübhəsiz ki, konseptual məsələlər də öz həllini tapacaqdır

Məşvərət şurasının ilk iclasından sonra, şübhəsiz ki, konseptual məsələlər də öz həllini tapacaqdır

Bəhruz Cabbarov 

YAP Suraxanı rayon təşkilatının könüllü gənci

Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin müəllimi

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsinin texniki çətinliklərinə baxmayaraq layihə mümkün qədər tez həyata keçirildi. Hal-hazırda da biz bu layihənin genişləndirilməsi ilə əlaqədar addımlar atırıq. Yeni marşrutların qurulması da mühüm mövqedə durur.

2022-ci ilin iyul ayında Bakıda Avropa komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və Prezident İlham Əliyev tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum imzalanmışdı. Bu da gələcək planlarımız üçün çox aydın yol xəritəsidir. Cənub Qaz Dəhlizi layihəsinin bu cür uğurla, nailiyyətlərlə davam etməsinin səbəblərindən biri də Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı etimaddır. Mühüm hadisələrdən olan Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması da, məhz Cənub Qaz Dəhlizi layihəsinin sayəsində olub. Bütün bunlar yeni uğurlara yol açır. Buna misal olaraq təbii qaz ixracının artmasını, nümunə göstərə bilərik. 2021-ci ildə təxminən 19 milyard kubmetr, 2022-ci ildə isə 22,6 milyard kubmetr olub.

Azərbaycanda təbii qazın nəinki hasilatı, bununla yanaşı ixrac da artır və onun coğrafi arealı da  genişlənir. Hal-hazırda heyət nisbətən kiçikdir – cəmi 4 ölkə var. Amma bu sayın artma potensialı yuxarıdır, çünki yalnız hökumətlər yox, onlarla yanaşı şirkətlər də bu layihədə iştirak etməyə maraq göstərirlər.

Təbii ki bizim ölkə daxilində də enerji səmərəliliyi üzrə işlər aparılır. Cənab Prezident İlham Əliyev uğurlu addımlar atır. Hal-hazırda Azərbaycanda “Masdar” və “ACWAPOWER” kimi investorlarla birlikdə günəşin və küləyin enerjisinin istehsalı ilə bağlı 2 sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin hər birinin əhəmiyyətli təsiri olur. Layihələrin ümumi həcmi 470 meqvatdır. Bunlarla yanaşı, bu yaxınlarda BP şirkəti ilə də layihə icrasına başlanılacaq. Bu işğaldan azad olunmuş, Azərbaycanın dilbər guşələrindən biri olan Cəbrayıl rayonunda inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Bununla da cəmi 710 meqavat olur. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu artıq danılmaz bir faktdır. Dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır.

Əvvəlki illərə nəzər saldıqda da görürük ki, Azərbaycanın müxtəlif ölkələrlə keçirdiyi bütün layihələr uğurlu olub. Məsələn, 1999-cu ildə İstanbulda imzalanmış Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, 2001-ci ildə Bakı-Tbilisi-Ərzincan qaz boru kəməri, həmçinin Cənub Qaz dəhlizi, bunların əyani sübutudur. Avropa qitəsində həm təbii qaz,həm də bərpa olunan enerji istehsalı ilə bağlı gələcək planlarımız da uğurlu olacaqdır.

Azərbaycanın hələ ki, üç əsas enerji şirkəti ilə imzalanmış anlaşma memorandumu vardır. Onlara müvafiq olaraq quruda və dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. Hətta Avropanın və dünyanın avtomobil nəhəgləri ekologiyanı korlayan yanacaqları mühərriklərə deyil, bərpa olunan elektrikli avtomobillərə üstünlük verirlər.   

Məşvərət şurasının ilk iclasından sonra, şübhəsiz ki, konseptual məsələlər də öz həllini tapacaqdır. Burada müzakirə edilən məslələrdən biri də ölkəmizə özəl şirkətlərin və investisiyanın cəlb olunması, təhlükəsiz biznes mühitinin formalaşdırılması olacaq.

SOCAR və BP bir-birilə strateji əlaqələr quran 2 aparıcı şirkətdir. Həmin bu mühüm əlaqələr ən azı 30 il davam edəcəkdir. Demək olar ki bütün aparıcı maliyyə qurumları bizimlədir. Bu əməkdaşlıq bərpa olunan enerji sahəsində də davam etdiriləcəkdir.

Cənub Qaz Dəhlizi  2 ildən bir az əvvəl açılıb. Bu gün artıq TANAP-ın 16 milyard kilometrdən 30 milyard kilometrə qədər genisləndirilməsi nəzərdən keçirilir və bununla yanaşı TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışıqlar aparılır. Beləliklə, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir.  Bütün bu uğurlar, birgə səylər nəticəsində görülüb. Hər zaman bu cür davamlı dəstək olsa, əməkdaşlığımız bu cür səmərəli davam etsə, daha çox uğur əldə ediləcəkdir. Cənab Prezidentim İlham Əliyev qeyd etmişdir ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, bir ilk olaraq Yaşıl enerji Məşvərət Şurası keçirəcəyik.

Bu il yanvar ayında Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalandı və bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq olduğunu bir daha sübut etdi. Azərbaycan Avropa ittifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir.

Qeyd edək ki, tədbirlərdə Avropa ittifaqının Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna, Xorvatiyanın nümayəndələri iştirak edib. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAS, TANAP, TAP, TPAO, TAQA, BULGARQAZ, EAD, BULGARTRANSQAZ, Wind Europe, Solar Power Europe və digər qurumlar təmsil olunmuşdur.

Mən inanıram ki, Cənab Prezident İlham Əliyev Qarabağda zəfər qazandığı kimi Yaşıl enerji layihələrində də Azərbaycanın uğurlarını davam etdirəcəkdir.