Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Kamal Qasımov şəhadətinin ikinci ilində ehtiramla yad edilib
Anımla YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
Şəhidin Hövsan qəsəbəsi, Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.