Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş İnqilab Qasımzadə şəhadətinin ikinci ilində ehtiramla yad edilib
Anımla bağlı tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
Şəhidin Zığ qəsəbə qəbirstanlığında məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.