Laçınlıların yurd, vətən həsrəti bitdi

Laçınlıların yurd, vətən həsrəti bitdi

Könül  Abdulxalıqova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 118 nömrəli tam  orta ümumtəhsil məktəbinin müəllimi

Artıq 4 ildir ki, strateji əhəmiyyətə malik, dağlar qoynunda əsl  cənnət olan Laçın şəhəri azadlığa qovuşaraq,  xoşbəxt günlərini yaşayır. 2022-ci il 26 avqust tarixində xalqımız daha bir tarixi hadisənin şahidi oldu. Laçının öz azadlığına qovuşması ilə laçınlıların 30 illik vətən həsrəti bitdi. Qarabağ  fatehi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsi və zəfərimizin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan ordusu tərəfindən nəzarətə götürüldü.  Laçın şəhəri gününün təsis edilməsi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə müəyyən edilib.

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər ərazilərində olduğu kimi,  Laçında da genişmiqyaslı quruculuq və bərpa  işləri aparılır. Şəhərin 2040-cı ilədək inkişafını  nəzərdə tutan Baş Plan təsdiqlənib. Laçında enerji, nəqliyyat və su infrastrukturu da sürətlə inkişaf etdirilir. Görülən işlərin nəticəsi olaraq Laçın regionun mühüm infrastruktur mərkəzinə çevrilir.

2021-ci ildə işğaldan azad edilmiş ərazilərimizdə ilk uğurlu enerji layihəsinin məhz Laçında işə salınması heç də təsadüfü deyil. Güləbird Su Elektrik Stansiyasının böyük rəmzi mənası vardır. Laçın rayonu ərazisində, Həkəri çayı üzərində yerləşən rəqəmsal avadanlıqlarla təchiz olunmuş bu stansiya ətraf yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.

Kəlbəcər-Laçın avtomobil yolunun və Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. 2025-ci ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyyat əlaqələrimn güclənməsində mühüm rol oynayır. 2026-cı il iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməl qoyması və yeni su elektrik stansiyalarının açılışı göstərir ki, Laçın artıq yalnız bərpa edilmir, gələcəyin inkişaf mərkəzinə çevrilir.

Laçında sənaye və turizm sahələrinin inkişafı da diqqət mərkəzindədir. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun  2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksi istifadəyə verilib, Həkəri çayı ətrafında yeni istirahət və turizm məkanları yaradılır.

Prezident cənab İlham Əliyevin göstərişi ilə Laçın şəhəri bərpa olunur və burada həyat yenidən canlanır. Mərhələ -mərhələ laçınlılar öz ana vətənlərinə qayıdırlar. 2023-cü ilin 28 may tarixindən başlayaraq onların doğma yurda qayıdışına start verilib. Bu qayıdış tarixi ədalətin bərpasıdır.

 

Paylaş