Laçın sərhəd-buraxılış məntəqəsinin açılması bizə nə verdi?!
Müharibədə qalib gəlmək başlıca şərtdir. Amma yeganə şərt deyil. Mühüm şərtlərdən biri də bu qələbəni legitimləşdirməkdir. Yəni yeni “status-kvo”nu hamıya, o sıradan məğlub tərəfə də qəbul etdirməkdir. Tarix boyunca o qədər olub ki, qalib tərəf öz uğurunu diplomatiyada təsdiqlədə bilməyib. Bu cəhətdən dövlətimiz 44 günlük müharibədə əldə etdiyi qələbəni diplomatiyada da uğurla davam etdirməkdir.
Bu diplomatik uğurlarımızdan biri Laçın sərhəd buraxılış məntəqəsinin açılmasıdır. Dövlətimiz çox incə gedişlə 9 noyabr üçtərəfli müqavilənin şərtlərini pozmadan həmin məntəqənin açılmasına nail oldu. İndi, necə deyərlər, sərhədlərimizdən quş da səkə bilmir. Doğrudur, müəyyən çətinliklərimiz də oldu. Qarşı tərəf BMT-də belə imdad dilədi. Amma fayda vermədi. Ona görə ki, dünya yalnız Fransadan ibarət deyil, bizi istəyənlər, istəməyənlərdən çoxdur. İndi bizim karvan öz ləngəri, əzəməti ilə yoluna davam etməkdədir, səs salanlara əhəmiyyət vermədən.
Laçın sərhəd-buraxılış məntəqəsinin açılması bizə nə verdi?! “Çox şey” deyib dayanmaq olardı. Amma o “çox şeyi” xırdalayaq ki, qaranlıq heç nə qalmasın. Hər şeydən əvvəl, sərhədlərimizin toxunulmazlığını bərpa etdik. Daha Peqov kimi adını jurnalist qoyanlar əlinə bir mikrofon, bir kamera alaraq atasının xarabasına gedirmiş kimi Qarabağa gəlib artıq-əskik çərənləməyəcəklər.
İkincisi, Qarabağda baş verə biləcək mümkün təxribatların qarşısı əsaslı şəkildə alınacaq. Çünki daha adını sülhməramlı qoyanlarla dil tapıb gizlin-aşkar silah-sursat daşıya bilməyəcəklər. Üçüncüsü, quldur şəbəkəsinin iqtisadi dayaqları çökəcək. Eko fəallarımızın Ağdərədəki qızıl mədənlərindəki talançılığı dayandırtdırmasından sonra onsuz da yardımlar, ianələr, dotasiyalar hesabına girələnən rejim tamamilə asılı vəziyyətə düşəcək və sonda çökəcək.
Dördüncüsü, canilər bu vaxta qədər elədikləri üçün cavab verəcəklər. Bu prosses isə Vaqif Xaçaturyanın timsalında artıq başlayıb. Xocalı qatilləri də daxil bütün cinayətkarlardan cavab tələb olunacaq. Orada mövcud olan dəstənin quldurbaşısı özü də yaxşı bilir ki, axtarışdakıların siyahısında onun da adı var.
Yeri düşmüşkən, lap bu günlərdə sərhədçilərimiz Azərbaycan bayrağını təhqir etdikləri üçün üç erməni futbolçunu saxlayıb və onlara cəmi 10 sutka həbs cəzası verilib. Əlbəttə, 10 sutka simvolik bir cəzadır. Amma inanırıq ki, onların hər birinə başa salınıb ki, Ramil Səfərov məhz bayrağımızı təhqir etdiyi üşün Marqoryanı cəhənnəmə vasil eləmişdi. Bu dəfə sizi bağışlayırıq. Gedin, amma ağıllı olun. Unutmayın ki, bu millətin hər nəfəri bir Ramil Səfərovdur.
İnanırıq ki, sözün həqiqi və məcazi mənasında yolunu azmış ermənilər Laçın sərhəd-buraxılış məntəqəsinin açılmasından sonra başa düşəcəklər ki, işıq Bakıdan gəlir.