Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan Bələdiyyəsinin sədri
Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhədd olan Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Laçın rayonu tarixi keçmişi zəngin olan bir ərazidir.
İşğalda qalan digər rayonlarımız kimi Laçının da bütün infrastrukturu 28 il ərzində Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmış, xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm də bir neçə kəndə gətirilərək orada yerləşdirilmişlər. Laçının işğalı həmin dövrdə hakimiyyətə can atan və istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışan AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir.
Azərbaycan yeni reallıq yaratdı. Düşməni torpaqlarımızdan qovduq. BMT Təhlükəsizlik Şurasının 27 ildir ki, kağız üzərində qalan qətnamələrini yerinə yetirdik. Ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı. Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır.
Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix və hüquq dərsi keçdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi Qələbə tarixi ədalətin bərpa edilməsini təmin etdi. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 ildən sonra öz azadlığına qovuşdu.
Azərbaycan dövlətinin qarşısında duran əsas məqsəd Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamalarının təmin edilməsidir. Martın 28-də ölkə başçısı İlham Əliyev Məsim Məmmədovun Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə əlaqədar onu qəbul edərək bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, həmçinin bir sıra mühüm məsələlərə toxunub.
"İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır.
Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir", - dövlət başçısı vurğulayıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır.