Dünyəvi Təhsil və İdeoloji Təhlükəsizlik
Elnarə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 97 nömrəli tam orta ümümtəhsil məktəbinin direktoru
Təhsilin əsas məqsədi məktəblərimizdə tətbiq edilən vahid geyim qaydaları və dünyəvilik prinsipi şagirdlərimizi kənar dini-ideoloji təsirlərdən, zərərli manipulyasiyalardan qorumaq üçün mühüm təminatdır. "Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, bir o qədər də yalanlara, şayiələrə və zəhər dolu ideoloji təxribatlara uymayacaq." – İlham Əliyev.
Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqləri aradan qaldırır, ayrı-seçkilik riskini azaldır və hər bir uşağın özünü kollektivin bərabərhüquqlu üzvü hiss etməsinə şərait yaradır. Geyim və daxili intizam qaydaları təhsil prosesinə məsuliyyətli yanaşmanı gücləndirir, diqqətin dərkdən yayınmasının qarşısını alır.
Müəllimlər üçün müəyyən edilmiş işgüzar geyim (dress-коd) qaydaları məktəbdə sağlam korporativ mədəniyyət, qarşılıqlı hörmət və peşəkar iş mühiti formalaşdırır. Müəllimin səliqəli və sadə xarici görünüşü şagirdlərdə davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına düzgün münasibət aşulayır. "Ümumi təhsil haqqında" Qanuna və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ümumi təhsil müəssisələrində dünyəvilik prinsipi qorunur, məktəb forması və işgüzar geyim tələblərinə riayət olunması məcburidir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin təcrübəsində də təhsil müəssisələrində vahid geyim tələbləri uğurla tətbiq olunur.
Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, məscidlər bərpa olunur, milli-mənəvi irsimiz qorunur. Lakin dünyəvi dövlət prinsipi olaraq təhsil müəssisələri kənar dini simvol və atributlardan kənar tutulmalıdır. Uşaqların hələ formalaşmamış dünyagörüşünün müxtəlif ideoloji təsirlərdən qorunması cəmiyyətimizin hər bir üzvünün vətəndaşlıq borcudur.