Kəlbəcər Şərqi Zəngəzurun “qala qapısı”, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların diyardır

Kəlbəcər Şərqi Zəngəzurun “qala qapısı”,  mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların diyardır

Sevinc Hüseynova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi

Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratması, bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verilməsi məhz Azərbaycanın payına düşür. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Və bu gün də Azərbaycan ordusu döyüş meydanında silahı ilə sözünü deyən, 30 ilə yaxın işğal altında olan torpaqlarını azadlığa qovuşduran mərd, sarsılmaz ordudur.

Şanlı tarix yazan Azərbaycan Ordusu işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün bu gün qürurludur. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi. Azərbaycan Ordusunun hərb meydanında məğlub olacağı barədə əsassız fikirlər səsləndirib özləri barədə “məğlubedilməz” görüntü yaratmağa çalışan ermənilər diz çökdü, kapitulyasiya aktına imza atdı.

Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi, ən yüksək dağ rayonu, Şərqi Zəngəzurun “qala qapısı”, qədim insan məskənlərindən olmaqla yanaşı, mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi diyardır.

Qarabağın 30 illik işğalına son qoymuş Vətən müharibəsində hərb tariximizə misilsiz rəşadət nümunələri yazıldı. Bu tarixi qəhrəmanlığın nəticəsi olaraq sarsıdılmış, diz çökdürülmüş düşmən Ağdam, Kəlbəcər və Laçından bir güllə belə atılmadan, döyüşsüz çıxmağa məcbur edildi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcərdə və Laçında oldu, bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı. Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, döyüş hazırlığından geniş bəhs edərək bildirdi ki, bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik.

Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”.Kəlbəcərin zənginliklərini saymaqla qurtarmaq olmaz. 27 ildir ki, işğalçı Ermənistan füsunkar, heyrətamiz, yeraltı və yerüstü sərvətlərlə zəngin olan Kəlbəcərimizin qoynunda məskunlaşıb, təbiətinin ecazkar mənzərəsindən zövq alıb. Bəs, təcavüzkar dövlət dəyərləndirə bilibmi, bu qədər dəyərli Kəlbəcəri? Təbii ki, yox. Ermənistan heç bir zaman bu cür qiymətli yurda dəyər vermək iqtidarına və hünərinə sahib olmayıb. Kəlbəcəri itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi. Bu gün o xəzinə Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti ilə yenidən və əbədi olaraq xalqımıza qaytarıldı.

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub.
Ölkə başçısının müdrik tapşırıq və tövsiyələrini əldə rəhbər tutan təhsil müəssisələri, təhsil işçiləri, eləcə də əsas fəaliyyəti gənclərlə iş olan digər qurumlar insana xas keyfiyyətlərin ən üstünü olan vətənpərvərlik hissinin gənclərə aşılanmasına böyük diqqət yetirirlər. Uzaqgörən siyasəti, humanist düşüncələri ilə ordusunu və xalqını firəvan və xöşbəxt gələcəyə aparan Ali Baş Komandan vətənpərvər ruhda böyüyən gəncliyi alqışlayır.