IX Qlobal Bakı Forumun iştirakçıları Qarabağın döyünən ürəyi Şuşada da olublar

IX Qlobal Bakı Forumun iştirakçıları Qarabağın döyünən ürəyi Şuşada da olublar

Arzu Məmmədova 

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru

Son illərdə Azərbaycanın Vətən müharibəsindəki böyük Zəfər, ölkəmizin dinamik inkişafı, ordu quruculuğu, beynəlxalq layihələrin yüksək səviyyədə təşkili ölkəmizin dünya dövlətləri içərisində nüfuzunu daha da artırır. İyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirildi.                                                                                                 

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin təşkilatçılığı ilə keçirilən XI Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə bərabər dünyanın diqqət mərkəzində oldu. Belə ki, Azərbaycanın dünyanın 50-dən çox ölkəsindən yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirak etdiyi həmin mötəbər tədbirə ev sahibliyi etməsi çox qürurverici oldu. IX Qlobal Bakı Forumunda diqqətçəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər” mövzusundakı əhatəli çıxışı oldu. Ölkə başçısı İlham Əliyev gündəlikdə duran məsələlərdən biri kimi beynəlxalq institutların, aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması məsələsini qeyd etdi.

Forumda Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələnməsi kimi dəyərləndirilərək, indi sülh, əməkdaşlıq yaratmaq vaxtının olduğu və Azərbaycan bunun üzərində çalışdığı bildirildi. Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulması, ermənilərin Laçın yolundan istifadə edərək maneəsiz əlaqəyə malik olması ən əsası azərbaycanlıların isə Ermənistan ərazisindən keçən yoldan, yəni bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilməməsi də diqqətə çatdırıldı. Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin vacib məsələ kimi Azərbaycanın tələb etmək haqqıdır,  yəni, birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb, ikincisi, Azərbaycan müharibədə qalib gələrək və işğaldan əziyyət çəkmiş ölkə kimi bunu tələb etməyə mənəvi haqqı olduğu qeyd olundu.   

Azərbaycan Prezidenti İlham Əliyev XI Qlobal Bakı Forumunda çıxışında demişdir: “1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.”

IX Qlobal Bakı Forumda enerji təhlükəsizliyi ilə bağlı mühim məsələ kimi Azərbaycanın enerji resurslarına ehtiyacın artmağı da qeyd olundu. İyunun 19-da IX Qlobal Bakı Forumu Azərbaycanın mədəniyyət paytaxtı Şuşada işini davam etdirib, yekunlaşdı. Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Yenidənqurulması və İnkişafına Baxışı” mövzusunda panel də keçirildi.     

Forumun iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi ilə yaxından tanış olublar. Daha sonra Şuşada 2 mindən çox tarixi abidənin olduğu və erməni işğalı dövründə həmin abidələrin bir çoxunun erməni vandalları tərəfindən dağıdıldığı da qeyd olundu. Forumda Zəngilan rayonunun günəş enerjisi və ekoturizm üçün böyük potensiala malik olduğu, bu ilin sentyabrında isə Zəngilan aeroportunun tikintisinin də başa çatdırılacağı bir daha tarixi torpaqlarımıza böyük qayıdışın yaxın zamanlarda reallaşacağına əyani sübutdur.