İran İslam Respublikası ölkəmizlə ən böyük sərhəddə malik olan dövlətdir
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini, hərbi ekspert
Dərin tarixi köklərə malik olan Azərbaycan və İran xalqları əsrlər boyu bərabər yaşamışdır. Bu ənənə günümüzdə də ən yüksək səviyyədə davam etdirilir. Zəngin tarixi keçmişi olan, bu iki xalqın islam aləminə mənsub olması və onlar arasında elmi, mənəvi, mədəni əlaqələrin mövcudluğu, dövlətlərarası münasibətlərin yüksələn xətlə inkişaf etməsi, xalqların sıx birləşməsini zəruri hala gətirmişdir.
Iran həm təbii, həm də insan resurslarına görə ən zəngin ölkələrdən biridir. Azərbaycan İranla qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafında daima maraqlı tərəf olmuşdur. Çünki, İslam aləmində böyük nüfuza malik və təbii sərvətləri ilə zəngin olan dövlətlə siyasi və iqtisadi əlaqələrin inkişafı naminə aparılan siyasət, hər iki dövlətin milli maraqlarına cavab verir. Iran İslam Respublikası ölkəmizlə ən böyük sərhəddə malik olan dövlətdir. Iranda 30 milyondan çox soydaşımızın yaşaması və bu dövlətlə qonşu olmağımız, iki dövlət arasındakı münasibətlərə öz müsbət təsirini göstərir.
Bu ölkə ilə diplomatik münasibətlər 1920-ci ilin mart ayının 20-də ”Dostluq müqaviləsinin” imzalanması ilə başlamışdır. İran İslam Respublikası ilə bu günki diplomatik münasibətlərin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu ənənə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Hakimiyyətdə olduğu müddətdə ölkə daxili sabitliyin təmini və xarici əlaqələrin inkişafı, azərbaycanı bir dövlət olaraq beynəlxalq arenada söz sahibi etmək, Ulu Öndər Heydər Əliyev siyasətinin əsas prioritetlərindən biri olmuşdur.
Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan dinc qonşuluq və əməkdaşlıq üzərinə qurulmuş siyasət bu gün öz töhvələrini verir. Həm xarici , həm də daxili siyasətdə əldə olunan uğurlar bunun göstəricisidir. Bu gün artıq, Azərbaycan regionda siyasi, iqtisadi cəhətdən inkişaf etmiş, güclü orduya sahib, heç bir kənar müdaxilə olmadan, müstəqil siyasət aparmaq iqtidarında olan bir dövlətdir. Düşmənlərimiz 44 günlük müharibə zamanı dövlətimizin gücünü bir daha gördü. Və anladılar ki, Azərbaycan əvvəlki Azərbaycan deyil.
Müasir texnologiyalardan istifadə eməklə şanlı ordumuz tərəfindən 44 günlük vətən müharibəsində aparılan hərbi əməliyyatlar, inkişaf etmiş ölkələrin hərb kitablarına mövzu kimi salınaraq bizim döyüş təcrübəmizdən yararlanmağa çalışan sözdə dünyanın bəzi inkişaf etmiş ölkələrinin orduları var. Bu o deməkdir ki, artıq hər kəs anlayır ki, Azərbaycan bir siyasi gücdür və onun razılığı olmadan bu ərazilərdə heç bir layihə gerçəkləşə bilməz.
Bunun üçün Azərbaycanla hesablaşmaq lazımdır Prezident Cənab ilham Əliyev öz çıxışlarının birində bu məsələyə toxunaraq demişdir ki, heç bir layihə bizim icazəmiz olmadan reallaşa bilməz. Hər şey bizim nəzarətimiz altındadır. Bəli, doğrudan da 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə torpağının hər qarəşında söz sahibi oldu.
Müstəqil siyasət aparmaq üçün dövlət müstəqil olmalıdır. Bu gün də Azərbaycan müstəqqil siyasət yeridərək qonşu dövlətlərlə, o cümlədən İran islam Respublikası ilə regionun inkişafı baxımından əhəmiyyətli olan bir çox layihələri həyata keçirir. Region üçün əhəmiyyətli olan layihələrdən biri bu yaxınlarda, may ayının 19-da hər iki dövlət başçılarının iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi ilə həyata keçirilmişdir.
Bu layihələrin həyata keçirilməsi, hər iki dövlət üçün ən əlamətdar olan tarixi bir hadisədir. Elektrik enerjisi istehsalı və suvarma məqsədilə inşa edilən bu hidroqovşaqlar elektrik enerjisi istehsalının həcminin artması və təmini, həm də yeni suvarma sistemlərinin yaradılması ilə kənd təssərüfatının və digər sahələrin inkişafı deməkdir. Prezident cənab İlham Əliyev öz çıxışında reallaşan bu layihələrin iki ölkə üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edərək demişdir ki, bu gün biz hörmətli Prezident Rəisi ilə çox məsələləri geniş müzakirə etdik və bir daha əmin olduq ki, istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləriilə bağlı bizim fikrimiz üst-üstə düşür. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran - Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir -birimizi dəstəkləyirik və bundan sonrada bu dəstəyi göstərəcəyik.
Nəticə etibarı ilə, hər iki dövlət başçıları yaxşı anlayır ki, mehriban qonşuluq siyasəti yürüdürək, xalqların tarixi bərabərliklərindən istifadə edib, orada yaşayan xalqların gözəl gələcəyi naminə önəmli layihələr həyata keçirməklə, dövlətlər bir -birinə inkişaf və təhlükəsizlik baxımından zəmanət verə bilər. Artıq bu iki xalq arasındakı tarixi və mədəni bağların sayəsində alınacaq qərarlarda bir -birinə sayqı və hörmətlə yanaşmaları zərurət halına gəlmişdir. May ayının 19-da ilk dəfə olaraq Azərbaycan və İran prezidentləri tərəfindən sərhəddə keçirilən görüş bir daha onu göstərdi ki, iki ölkə bir - birlərinin ərazi bütövlüyünü tanıyır və mehriban qonşuluq münasibətlərinin davam etdirilməsində maraqlıdır
Bu iki dövlət, heç vaxt öz ərzisindən başqa bir dövlət tərəfindən digər qonşu dövlətə qarşı hərbi əməliyyatların aparılmasına razılıq verməyəcək. Çünki, bu sərhəd tarixi bağı olan iki xalq arasındakı dostluq və qardaşlığın rəmzidir.