İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının ötən ay iclası Şuşada keçirilib
Havvaxanım Məmmədhüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı Rayonu 267 saylı körpələr evi - uşaq bağçası müdiri
İlham Əliyev Özbəkistanın paytaxtı Daşkəsən şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxış edib. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrə diqqət çəkmiş, bildirmişdir ki, bir-neçə ildən sonra hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin qatıldığı Zirvə görüşündə iqtisadiyyat, nəqliyyat, kommunikasiya, ticarət sahələrində əməkdaşlığın və təşkilatın fəaliyyətinin təkminləşdirilməsi mövzusu priotitetdi.
Üzv ölkələrindən Azərbaycan, təşkilatın işində fəal iştirak edir. Dövlət başçısı Zirvə toplantısında çıxışı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının ötən ay Şuşa şəhərində keçirildiyini vurğuladı. Bundan başqa, Azərbaycanın nəqliyyat logistika infrastrukturunun İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri üçün açıq olduğunu bir daha bəyan etdi.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilmiş layihələrə diqqət yetirməmək olmazdı. Prezident İlham Əliyev bildirdi ki, bir neçə ildən sonra hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. O, qeyd etdi ki, biz ərazi bütövlüyümüzü, suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq bərpa etmişik. Azərbaycanın Vətən müharibəsində qələbisinin 3-cü ildönümü ilə bağlı Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan və digər üzv ölkələr təbriklərini bildirdilər.
İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu.