Arzu Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Azərbaycan və Avropa münasibətləri 1991-ci ildə yaranmışdır. Lakin hazırda bu münasibətlər ən yüksək səviyyədədir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın yeni müstəviyə qədəm qoyması istiqamətində bütün imkanlardan istifadə edir. Hazırda Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu bizim üçün böyük nailiyyətdir.
Avropa İttifaqı və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə də daxil olmaqla, geniş müstəvidə əməkdaşlığımızı gücləndirməyə imkan verəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparırlar. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Biz artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyur, öz potensialımıza dair qiymətləndirmələr aparmışıq. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensial var.
Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerji istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək qiymətləndirilir. Biz külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlamışıq.
Prezident İlham Əliyev bəyanatında iyulun 18-də imzalananan memorandumun gələcək üçün bir növ yol xəritəsi olduğunu vurğulayaraq, Azərbaycanın bundan sonra da böyük uğurlara imza atacağına əminliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla ölkəmizi birləşdirən dəmir yolları olduğunu da xatırladıb.
Müasir dünyada dövlətlər arasında bir-birləri ilə artıq hərbi deyil, bir çox hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparmaq aydın nəzərə çarpır. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərhlərini diktə etmək üçün şərait yaradır.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişaf edib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Avropa İttifaqı üçün cəlbedici bir dövlətə çevirib.
Enerji layihələri sırasında xüsusilə Cənub Qaz Dəhlizi mühüm önəm daşıyır. Respublikamız neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır. Uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusudur. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir.
18 iyul tarixində Cənab Prezident İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında keçirilmiş görüş əsnasında, xanım Ursula Fon der Lyayen bəyanatında Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensial ilə diqqət çəkdiyini, xüsusilə də Xəzər dənizinin külək enerjisinə və yaşıl hidrogenə malik olduğunu bildirib.
İmzalanan Anlaşma Memorandumu vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməlinin qoyulduğunu, Azərbaycanın yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəyini də vurğulayıb.