Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqilliyini qoruyub saxladı
Xuraman Eyvazova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 268 saylı uşaq bağçası və körpələr evinin müdiri
1993-cü ilin oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləriAzərbaycan xalqı üçün mühüm tarixi hadisə,müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 3 oktyabr Azərbaycan xalqının həyatında unudulmaz tarixdir. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Müasir, müstəqil Azərbaycanın İnkişafı həmin gündən başlayır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai – siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı və bu öz nəticələrini verməyə başladı.
İlk növbədə qeyd etməliyik ki, Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqilliyini qoruyub saxladı. O, ölkəni parçalanmadan xilas etdi. Bütün bunlara görə, xalqımız Heydər Əliyev ideyalarının ölməzliyini, davamlılığını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində, xeyirxah əməllərində görür və fəxr edir. Bu gün Ulu Öndərin arzuları çiçəklənir. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən dövlətlərindən biri kimi tanınır, ən mühüm sosial islahatlar həyata keçirən ölkə kimi tarix yazır. Bakı ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın dünya dövlətləri arasında nüfuzu gündən günə artır və möhkəmlənir.
Maddi kapitalı insan kapitalına çevirən Azərbaycan dövləti və xalqı bütün nəaliyyətləri ilə məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Bu borcu Azərbaycan xalqı Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə etimadı, sonsuz məhəbbəti, sədaqəti və ölkəmizin inkişafına dəstəyilə nümayiş etdirir.