Heydər Əliyev müdrikliyin təntənəsidir
Xəyalə Rzazadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
8 saylı Birləşmiş Uşaq Xəstəxanasının həkim-psixiatrı
Böyük öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında təkrarolunmaz və əvəzsiz rəhbər kimi xidmətləri çox böyük olmuşdur. Onun qüdrəti Allahın verdiyi sonsuz müdrikliyə və sınmaz qətiyyətə arxalanırdı. Heydər Əliyevin böyüklüyü xalqına sönməz məhəbbətindən, elinə, obasına, vətəninə qırılmaz tellərlə bağlılığından irəli gəlirdi. Bu cür tale sahibləri olan siyasi xadimlərə tarixdə çox az təsadüf edilir. Həyatını xalqımızın xoşbəxt gələcəyi naminə həsr edən, ömrü mübarizələrdə keçən və dərin zəkası ilə bütün çətinliklərdən alnıaçıq, üzüağ çıxan Heydər Əliyev şəxsiyyəti hər birimiz üçün dəyərli örnəkdir. Möhtərəm Prezidentimizin böyük siyasi fəaliyyəti, təfəkkürü, idarəetmə ustalığı, dövlətçilik məharəti nəsillərə nümunə olacaqdır. Bu böyük insan onlarca dahinin malik olduğu ən müstəsna üstünlükləri özündə birləşdirən bəşəri varlıq idi.
Ömrünü xalqının yolunda fəda edən, Heydər Əliyevin ən böyük amalı müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyini təmin etmək idi. Bu istiqbalın əsasını onun rəhbərliyə ikinci qayıdışı qoyub. Qayıdışın mübarək, möhtərəm prezidentimiz. Bayramınız mübarək, əziz xalqım!
Heydər Əliyev müdrikliyin təntənəsidir, qələbəsidir. Müxtəlif tarixi mərhələlərdə xalqın güvənc yerinə çevrilən Heydər Əliyev dühası, şəxsiyyəti həmişə zəfər çalıb, qalibiyyət qazanıb, bütün imtahanlardan şərəflə çıxıb. Ömrünün qalan hissəsini də xalqımıza həsr edəcəyini bəyan edən müdrik rəhbərimiz ictimai sabitlik, ərazi bütövlüyümüz, dövlətçiliyimiz, milli maraqlarımız naminə mübarizə aparırdı. Bu fəaliyyət müstəqil dövlətimizin sabahı, xoş gələcəyi haqqında həmişə soraq verib. Bütün həyatını xalqına həsr edən, onun rifahı üçün çalışan və bu amala xidmət edən dövlət başçısının həyat fəaliyyəti əsl məktəbdir. O xalqımızın tarixini yazdı və yaratdı. Onun gördüyü qlobal və bəşəri işlərin əsas qayəsində dünya Azərbaycanlılarının istək və arzuları, şərəf və ləyaqətləri dururdu. Məhz bu səbəbdən o, ümummilli liderə çevrilib.
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəsillərin qəlbində kök salıb. Milli mənliyimiz, milli varlığımız onun adı ilə qoşa çəkilir. Cənab prezidentin qayıdışı dövlətimizi məhv olmaq təhlükəsindən qurtardı, ona olan ümumxalq məhəbbətini birə on qat artırdı. Xalq-rəhbər birliyi yarandı. Xalq öz milli liderinin ətrafında sıx birləşdi. Bu vəhdət, bu ittifaq illərin axarında daha da möhkəmləndi. Möhtərəm Heydər Əliyev cənablarını xalqa qovuşduran gün – təkcə bu gün deyil gələcəkdə də öz təntənəsini layiqincə qeyd edəcək.