“Heydər Əliyev İli” çərçivəsində “Suraxanı Oyl Opereyşn Kompani S.A”-də tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində “Suraxanı Oyl Opereyşn Kompani S.A”-də tədbir keçirilib

“Heydər Əliyev İli” ilə əlaqədar YAP Suraxanı rayon təşkilatı tərəfindən təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında (“Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyi) tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Suraxanı qəsəbəsi Xanlar Ələkbərov küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, “Suraxanı Oyl Opereyşn Kompani S.A” Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin icracı direktoru Elvin Ağayev Ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmiz böyük nailiyyətlərə imza atıb.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli liderimiz Heydər Əliyevdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Vüqar Seyidov xüsusi vurğulamışdır ki, cənab Prezidentin müvafiq sərəncamı Azərbaycan xalqının Ulu Öndərə olan sonsuz sevgisinin bariz ifadəsidir.

Partiya fəalları öz çıxışlarında vurğulayıblar ki, Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu Vətənə və xalqa sədaqətli xidmət nümunəsidir. Bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz Ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu göstərir.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Sonda YAP Suraxanı rayon təşkilatı ictimai həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib.