Heydər Əliyev hakimiyyətə gəlməklə ilk növbədə Azərbaycanı parçalanmaqdan xilas etdi
Aysel Abbasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 172 tam orta məktəbin uşaq birliyi rəhbəri
Ümummilli lider Heydər Əlyevin məhşur kəlamında deyildi kimi, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. 1991-ci ildə Azərbaycan müstəqillik qazansa da ölkədə hərc-mərclik, xaos, anarxiya özbaşınalıq və ağır sosial-iqtisadi böhran hökm sürürdü. Azərbaycan parçlanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkənin şimalında və cənubunda serparatçı qüvvələr baş qaldırmışdı. Ölkədə hər an vətəndaş müharibəsi başlaya bilərdi. Bundan başqa, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur. Buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini və ərazi iddialarını davam etdirirdi. Azərbaycan xalqı çox çətin günlər yaşayırdı.
Bu çətin günlərdə bütün xalq ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Ölkədə ümumxalq hərəkatı geniş vüsət almışdı. Azərbaycan xalqı çox gözəl başa düşürdü ki, onları bu fəlakətdən ancaq Heydər Əliyev xilas edə bilər. Xalqın böyük əksəriyyətinin təkidli tələbi ilə zəngin dövlətcilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycana qayıtdı.
Heydər Əliyev hakimiyyətə gəlməklə ilk növbədə Azərbaycanı parçalanmaqdan xilas etdi. Heydər Əliyev vətəndaş müharibəsinin və qardaş qırğının qarşısını aldı. Heydər Əliyev prezident seçildikdən sonra dövlət müstəqilliyinin möhkəmləndirməsini, ərazi bütövlüynün və suverenliyini bərpasını, ölkənin müharibə şəraitindən çıxarılmasını, sosial-iqtisadi inkişafı təmin edilməsini qarşısına əsas mühüm vəzifə kimi qoydu.
Bunun üçün ilk növbədə 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs saizişi imzalandı. Bununla da Heydər Əliyev daha çox ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasının qarşısını aldı. Heydər Əliyev ilk addım kimi milli ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atdı. Ordu quruculuğu ilə bağlı xüsusi tapşırıqlar verdi. Silahlı qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılmasına, döyüş ruhunun yüksədilməsinə, mənəvi-psixoloji hazırlığın artırılmasına diqqət yetirdi. Daha sonra Ümümilli lider hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qanunsuz silahli dəstələrin yaratdığı daxili qarşıdurmaların və təxribatların qarşısını aldı. Bununla da Heydər Əliyev ölkənin mustəqilliyinə qarşı olan bütün təhlükəkələri tamamilə aradan qaldırdı.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün beynəlxalq təşkilatlar çərçivəsində mühüm danışıqlar apardı. Qisa müddət ərzində 1995-ci ildə Heydər Əliyevin qəttiyəti sayəsində müstəqil Azərbaycan Respublikasının Konstitusiyası referendum yolu ilə qəbul edildi. Bu demokratik, hüquqi və dünyəvi dövlət qurucucluğu istiqamətində atılan ən böyük addım idi. Ümumilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə bir sira mühüm qanunlar qəbul edildi. İnkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilməklə dövlət strategiyaları və proqramları işlənib hazırlandı. Aərbaycanın inkişafında, müstəqilliyin mohkəmləndirilməsində və qorunub saxlanılmasında Heydər Əliyevin müstəsna xidmətləri var. Dövlət quruculuğu geniş dünyagörüşə, dərin zəkaya və ensiklopedik biliyə malik Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil xarici siyasətin əsası qoyuldu. Ümümilli lider qonşu ölkələr və beynalxalq təşkilatlarla fəal əməkdaşlığın genişləndirilməsi və möhkəmkləndirilməsi məsələlərinə xüsusi diqqət yetirmişdi. Heydər Əliyev Azərbaycanın beynalxalq aləmdə tanınması, müsbət imicinin formalaşması üçün əməli addımlar atmışdır. Heydər Əliyevin gərgin əməyi və böyük fəaliyyəti nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrildi. Ümummilli lider 1994-ci ildə “Əsrin müqaviləsi” sazişini imzalanmaqla Azərbaycanın gələcək uğurlu sosisal-iqtisadi inkişafının əsasını qoydu. Ölkə bu saizişdən böyük iqtisadi mənfəət əldə etmişdir və bu gün də əldə etməkdə davam edir. Bu, bir daha ümummilli liderin uzaqgörənliyinin və siyasi müdrikliyinin göstəricisidir. Bugünkü müstəqil, güclü, qüdrətli və bütöv Azərbaycan onun şah əsəridi. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq. Onun əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.