Heydər Əliyev adı çəkiləndə Azərbaycan, Azərbaycan adı çəkiləndə Heydər Əliyev başa düşülür
İxtiyar Nəcəfov
Qaraçuxur Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
1969-2003-cü illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü böyük inkişaf mərhələsinə malikdir. İyulun 14-də respublikamızda ilk dəfə rəhbərliyə başlamasının 53-cü ili tamam olan Heydər Əliyev prosesləri dövlətin və xalqının mənefelərinə uyğun yönləndirməyi bacaran görkəmli siyasi və dövlət xadimi idi. Bu fenomenal şəxsiyyət rəhbərlik etdiyi bütün mərhələlərdə bütün varlığı ilə sevdiyi Azərbaycana rifah bəxş edib, tariximizi şərəfləndirib. Heydər Əliyev öz uzaqgörənliyi ilə parlaq siyasi inkişafın memarı olub, ölkəmizi ışıqlı gələcəyə aparan yolları müəyyənləşdirib.
Tanrı ona böyük zəka, yüksək idarəetmə qabiliyyəti, qətiyyət, güc, qüdrət vermişdi. Siyasi rəhbər kimi o, bunlardan xalqımızın işıqlı gələcəyi, dövlətimizin bu günü üçün istifadə edirdi. Tükənməz enerjisini, biliyini, bacarığını Azərbaycana sərf edirdi. Fitri istedadı, bacarığı onu SSRİ kimi nəhəng bir dövlətin ən yüksək vəzifə iyerarxiyasının zirvəsinə doğru apardı. Ulu Öndər SSRİ rəhbərliyində yüksək vəzifə tutarkən də bütün fəaliyyəti boyu Azərbaycan xalqını dünyaya tanıtdırmaqla məşğul idi. Bu xalqın oğlu olduğuna görə qürur duyurdu. Adı və əməli fəaliyyəti ilə tandem yaradırdı. Heydər Əliyev adı çəkiləndə Azərbaycan, Azərbaycan adı çəkiləndə Heydər Əliyev başa düşülürdü. Bəzən Azərbaycanı tanımayanların, harada yerləşdiyini bilməyənlərin yanında kifayət edirdi ki, Ulu Öndərin adı çəkilsin.
Urfan fəlsəfəsinə görə, bu dünyada heç nə təsədüfi deyil. Hər bir insan dünyaya bir missiyanı yerinə yetirmək üçün gəlir. Tanrı Ümümmilli Lideri də bu milləti, bu dövləti xilas etmək üçün yaratmışdı. Ən çətin məqamlarda meydana çıxıb bu ağır missiyanı yerinə yetirmək təsədüf ola bilməzdi. Sözsüz ki, burada bir İlahi hikmət var idi... Birinci hakimiyyəti illərində Azərbaycanı iqtisadi bataqlıqdan, yoxsulluqdan, məkrli insanların məgənəsindən çıxarıb dünyaya tanıtdı. Müstəqilliyimizin ilk illərində isə qarşıdurmadan, vətəndaş müharibəsindən, vətəni parçalanmaqdan, dövləti məhv olmaqdan xilas etdi. Ömrünü xalqına həsr etmiş, örnək bir həyat yaşayıb xalqın qəlbinə əbədi məskən salmış Ulu Öndər öz həyatı haqqında danışarkən deyərdi “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” demişdir. İllər, əsrlər keçəcək, xalqının şərəfli tarixini yaradıb, adını yaddaşa yazan bu böyük İnsan həmişə ürəklərdə yaşayacaq, etiramla anılacaq.