Heç bir şəxs və mülki obyekt qanunsuz hərəkətlərə, insan hüquq və azadlıqlarının pozulmasına məruz qalmamışdır
Xəyalə Mahmudova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə qalib ordumuz qanunsuz erməni silahlı dəstələrinə qarşı uğurlu lokal antiterror tədbiri həyata keçirərək 24 saatdan da az müddətdə qarşıya qoyulan bütün hədəflərə nail oldu. Ordumuz ciddi nəticələr əldə edərək ərazi bütövlüyümüzü bərpası prosesini sonlandırdı.
Möhtərəm Prezident, Ali Baş komandan cənab İlham Əliyev xalqa müraciətində lokal antiterror tədbiri zamanı mülki şəxslərə qarşı silah tətbiq edilməməsinin, mülki obyektlərin hədəfə çevrilməsinin yolverilməzliyinə dair verilmiş tapşırıqların peşəkar ordumuz tərəfindən yüksək səviyyədə təmin edilməsi, insanpərvərlik, mənəvi dəyərlərə hörmət, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına riayətin daim dövlətimizin ali məqsədlərindən olduğunun əyani təzahürləridir.
Son antiterror tədbirləri zamanı da Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni silahlı dəstələrinin mülki şəxslərdən qalxan kimi istifadə etmə, silahlı qüvvələri mülki obyektlərdə yerləşdirmə, mülki şəxsləri də silahlı toqquşmalara cəlb etmə cəhdlərinə baxmayaraq dövlətimiz və şanlı ordumuz bu təxribatların qarşısını ala bildi.
Ölkəmiz müharibə və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsi haqqında beynəlxalq Cenevrə Konvensiyasının müddəalarına, humanizm prinsiplərinə uyğun davranaraq mülki şəxslərin, mülki obyektlərin zərər görməməsi üçün bütün addımları atmışdır.
Azərbaycan mülki şəxslərin və obyektlərin hərbi hədəflərdən ciddi şəkildə fərqləndirilərək immuniteti qorumaları, hücuma məruz qalmamalarını təmin etməklə bütün dünyaya növbəti dəfə hərbi əməliyyatların aparılması qaydalarına əməl olunması, hörmətlə yanaşılması, humanizm nümunəsi göstərmişdir.
Lokaı antiterror tədbirində də, 44 günlük savaşda olduğu kimi heç bir şəxs, heç bir mülki obyekt qanunsuz hərəkətlərə, insan hüquq və azadlıqlarının pozulmasına məruz qalmamışdır. Dövlətimiz beynəlxalq, humanitar hüquqa hər zaman olduğu kimi hörmətlə yanaşaraq dünya birliyində layiqli yer tutduğunu bir daha nümayiş etdirdi. Qələbəmiz mübarək!
Yaşasın Azərbaycan!
Eşq olsun şanlı Ordumuza!
Eşq olsun Müzəffər Ali Baş Komandana!