Hazırda Azərbaycan bölgədə istənilən genişmiqyaslı layihələri icra etmək qabiliyyətinə malikdir
Aidə Hüseynzadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 76 nömrəli tam orta məktəbin müəllimi
Məlumdur ki, Azərbaycanın açıq dənizə, okeanlara çıxışı yoxdur. Lakin Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi onun coğrafi mövqeyinin üstünlüyünə, iqtisadiyyatına və inkişafına şərait yaradır. Hazırda Azərbaycan bölgədə istənilən genişmiqyaslı layihələri icra etmək qabiliyyətinə malikdir. Bunun üçün ən önəmli faktor sabitlikdir. Və hal-hazırda uzun illərdir ki, Azərbaycanda sabitlik hökm sürür. İndi təhlükəsizlik məsələləri, bəlkə də, hər zaman olduğundan daha vacibdir. Bu həm daxili, həm də xarici siyasət üçün əlverişli zəmin yaradır. Təkcə öz qonşuları ilə deyil, həmçinin Avropa, Afrika qitəsindəki ölkələrlə də dostluq münasibətləri olan Azərbaycan yalnız ədalətli sülh istəyir.
İkinci Qarabağ müharibəsi zamanı 3000 min şəhid vermiş, dinc şəhərlərimiz ,o cümlədən Gəncə atəşə tutulmuşdur. Əlbəttə, bütün bu hadisələr Azərbaycanın infrastrukturuna da ciddi ziyan vurmuşdur. Amma hal-hazırda işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərimiz smart texnologiya formatına əsaslanaraq yenidən tikilməkdədir. Həmçinin nəqliyyat, xüsusilə də hava nəqliyyatı sahəsində mühüm addımlar atılmaqdadır. Zəngilan hava limanının tikilib istifadəyə verilməsi buna bariz nümunədir.Bunun nəticəsidir ki, artıq Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatmışdır.
Siyasi arenada Azərbaycanın diplomatik uğurları da az deyil .Türkiyə və Pakistanla dostluq və qardaşlıq münasibəti İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açması, Ərəb Liqası Sammitində iştirakı, Azərbaycanla İtaliya arasındakı əməkdaşlığı, Gürcüstanla strateji tərəfdaşlığı buna nümunədir. Lakin bu münasibətlərə kölgə salmaq istəyənlər də vardır.
Müsəlman dünyasını parçalamaq istəyənlər, Fransa dövlətinin qərəzli mövqeyi, rəsmi İrəvanın hiylə siyasəti, İranla aramızdakı dostluq və qonşuluq münasibətlərinin qismən təhlükə altına düşməsi və s. Amma İran da, Ermənistan da bilməlidir ki, Azərbaycanla aralarında baş verənlər bizim tərəfdən yaranmayıb. İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır.
Ermənistan isə başa düşməlidir ki, onun İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu Azərbaycandan keçir. Ermənistan bu yolda müəyyən addımlar atıb Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, regional sabitliyi qorumalı və potensial əməkdaşlığı təmin etməlidir.