Güclü dövlət bağışlamağı bacaran dövlətdir və Azərbaycan məhz belə bir dövlətdir

Güclü dövlət bağışlamağı bacaran dövlətdir və Azərbaycan məhz belə bir dövlətdir
Arzu Aslanova
Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu olduqca nəcibvə humanist bir addımdır. Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur.1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur.

Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşmuşdur. Əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv və amnistiya sərəncamların;n imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünün irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.

Ölkə başçımız cənab İlham Əliyevin sürdüyü amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin siyasi yetkinliyinin bariz nümunəsidir.Bu addım bir daha sübut edir ki, qalib Azərbaycan dövləti yalnız gücü ilə deyil, eyni zamanda humanizmi, liberal dəyərləri, ədalətli və məsuliyyətli hüquq siyasəti ilə də nümunədir.Bu amnistiya təşəbbüsü hüquq, dövlətçilik,humanizm və mərhəmət prinsipləri, post-müharibə dövründə sosial reinteqrasiya,eləcə də Konstitusiyanın ölkənin bütün ərazilərində tam tətbiqi baxımından yüksək əhəmiyyət kəsb edir.

Bu amnistiya dövlətin öz qəhrəmanlarına, onların ailələrinə və bütövlükdə milli yaddaşa verdiyi yüksək dəyərin bariz göstəricisidir. Amnistiya əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına aid olan əməlləri törətmiş şəxslərə, həmçinin ehtiyatsızlıqdancinayət törətməyə görə məhkum edilmiş şəxslərə şamil edilir.İlk dəfə cinayət törətmiş şəxslər amnistiya aktlarının əsas hədəf qruplarından biridir.

Yetkinlik yaşına çatmayan şəxslər də qanunvericilikdə xüsusi kateqoriya kimi nəzərdə tutulur. Bundan əlavə, qadınlar, xüsusilə azyaşlı uşaqları olan analar amnistiya aktlarında üstünlük verilən kateqoriyalar sırasında yer alır. 60 yaşdan yuxarı olan kişilər və 55 yaşdan aşağı olan qadınlar da müəyyən hallarda amnistiya düşə bilirlər.