Görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu
Bəhruz Cabbarov
YAP Suraxanı rayon təşkilatının könüllü gənci
Suraxanı rayonu 196 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Görüşdə Şavkat Mirziyoyev Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki,”Biz həmişə buna inanmışıq. Siz Xankəndidə Bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik.” Cənab Prezident İlham Əliyev bu təbriklərə görə Şavkat Mirziyoyevə öz təşəkkürlərini bildirib. Özbəkistan prezidenti əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın iqtisadi sahədə olan uğurları Özbəkistanda sevinclə qarşılanır. Prezident İlham Əliyev bildirib ki, həyata keçirilən bu əməkdaşlıq gələcəktə iki ölkənin də iqtisadi inkişafına təsir göstərəcək. İlham Əliyev Özbəkistan Prezidentinin bu əlaqələri möhkəmləndirməsinə müsbət yanaşdı. Keçirilən görüşdə sənaye kooperasiyası,kənd təsərrüfatı,investisiya və s.məsələlər müzakirə olunmuşdur. Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, energetika,sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi,investisiya,nəqliyyat və humanitar sahələrdə də birlikdə işləmək qeyd olunub. Eyni zamanda Özbəkistan prezidenti “Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının”təşkili istiqamətində tədbirlər keçirildiyini vurğulayıb. Həmçinin “Turizm və Ekologiya”sahəsində də bir sıra layihələr həyata keçirilir. Turizm sektorunda əməkdaşlığın genişləndirilməsi məqsədilə tur-operatorlar şəbəkəsi formalaşdırılıb və “Təhlükəsiz Turizmin İnkişafı Proqramı”təsdiq edilib. Turizm sahəsində əməkdaşlığa da diqqət çəkən Xusrav Noziri dedi: “Biz, həmçinin turizm potensialının inkişafına diqqət yetiririk. “ İndiyənə kimi cəmi 6 şəhər “Turizm paytaxtları” seçilib. Bunlar Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz,Türkiyənin Ərzurum, Azərbaycanın Şuşa şəhəridir.
ECO-nun baş katibi Xusrav Noziri Türkmənistan,Tacikistan,Türkiyə eləcə də Azərbaycan və İran arasında razılaşdırılmış multimodal dəhlizlərin əlaqələrimizin inkişafına təsir göstərəcəyini deyib. Görüşdə ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyi qeyd edilib. Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycan gələcəktə yaşıl hidrogen enerjisinin ixracatçısına çevriləcək. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar”şirkəti tərəfindən Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Azad olunmuş Qarabağ və Şərqi zəngəzurda isə hidroelektrik stansiyalar istifadəyə verilib. Cənab Prezident İlham Əliyev çıxışın sonunda Azərbaycanın ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu bildirib və təşkilatın təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Görüşdə Şavkat Mirziyoyev Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki,”Biz həmişə buna inanmışıq. Siz Xankəndidə Bayraq qaldırdınız və biz bunun bütün məsələlərə nöqtə qoyduğunu gördük. Azərbaycan xalqı kimi, biz də ədalətin onsuz da zəfər çalacağını, Azərbaycan xalqının öz Qələbəsini qazanacağını gözləyirdik.” Cənab Prezident İlham Əliyev bu təbriklərə görə Şavkat Mirziyoyevə öz təşəkkürlərini bildirib. Özbəkistan prezidenti əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın iqtisadi sahədə olan uğurları Özbəkistanda sevinclə qarşılanır. Prezident İlham Əliyev bildirib ki, həyata keçirilən bu əməkdaşlıq gələcəktə iki ölkənin də iqtisadi inkişafına təsir göstərəcək. İlham Əliyev Özbəkistan Prezidentinin bu əlaqələri möhkəmləndirməsinə müsbət yanaşdı. Keçirilən görüşdə sənaye kooperasiyası,kənd təsərrüfatı,investisiya və s.məsələlər müzakirə olunmuşdur.
Görüşdə beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, energetika,sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi,investisiya,nəqliyyat və humanitar sahələrdə də birlikdə işləmək qeyd olunub. Eyni zamanda Özbəkistan prezidenti “Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının”təşkili istiqamətində tədbirlər keçirildiyini vurğulayıb. Həmçinin “Turizm və Ekologiya”sahəsində də bir sıra layihələr həyata keçirilir. Turizm sektorunda əməkdaşlığın genişləndirilməsi məqsədilə tur-operatorlar şəbəkəsi formalaşdırılıb və “Təhlükəsiz Turizmin İnkişafı Proqramı”təsdiq edilib. Turizm sahəsində əməkdaşlığa da diqqət çəkən Xusrav Noziri dedi: “Biz, həmçinin turizm potensialının inkişafına diqqət yetiririk. “ İndiyənə kimi cəmi 6 şəhər “Turizm paytaxtları” seçilib. Bunlar Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz,Türkiyənin Ərzurum, Azərbaycanın Şuşa şəhəridir. ECOnun baş katibi Xusrav Noziri Türkmənistan,Tacikistan,Türkiyə eləcə də Azərbaycan və İran arasında razılaşdırılmış multimodal dəhlizlərin əlaqələrimizin inkişafına təsir göstərəcəyini deyib.
Görüşdə ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyi qeyd edilib. Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycan gələcəktə yaşıl hidrogen enerjisinin ixracatçısına çevriləcək. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar”şirkəti tərəfindən Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Azad olunmuş Qarabağ və Şərqi zəngəzurda isə hidroelektrik stansiyalar istifadəyə verilib.Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü,suverenliyimizi bərpa etmişik. Biz bununla qürur duyuruq. Zirvə görüşünün işinə uğurlar arzulayan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsinin bölgədə davamlı sülhün təmin olunmasında xüsusi rol oynayacağını vurğulamışdır. Cənab Prezident İlham Əliyev çıxışın sonunda Azərbaycanın ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu bildirib və təşkilatın təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.