Gənclər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olmalıdırlar
Rəna Məmmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 269 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri hesab olunur. Gənclər cəmiyyətin sosial-iqtisadi və mədəni həyaında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli cəmiyyətin inkişafı daha güclü olar. Buna görə də cəmiyyət daim gənclərə xüsusi diqqət yetirməli və onlara qayğı ilə yanaşmalıdır.
Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Ulu Öndər Heydər Əliyev təkcə dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu olmamışdır, eyni zamanda, gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin qurucusu olmuşdur. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində özünü göstərir. Dövlət gənclər üçün geniş imkanlar açmışdır, nəticədə gənclər dövlətin inkişafında aparıcı rol oynayır. Ulu öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq, bu gün respublikamızın intelektli, savadlı, dünyagörüşü mükəmməl olan hər bir gənci öz karyeralarını inkişaf etdirməklə bərabər, eyni zamanda, Vətənimiz Azərbaycanın daxili və xarici siyasətində, iqtisadiyyatında, sosialyönlü məsələlərində də yüksək şəkildə iştirak edirlər.
Ulu öndər vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”. Ulu öndərin söylədiyi «Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir»müdrik fikirləri gənclərimizi gələcəyə ümidlə addımlamağa daha da çox ruhlandırır
Bu gün ölkənin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Bu birləşmə özünü qələbə ilə nəricələnən 44 günlük müharibədə daha dolğun göstərmişdir. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Gənclər Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir. Çünki qalib ordunun əsgəri və qalib xalqın vətəndaşı olmaqdan qürurlu heç nə yoxdur. Gənclərlə bağlı bu siyasət bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.