Fərhad Babayevin Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür

Fərhad Babayevin Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Babayev Fərhad Məhərrəm oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür.
Anım günü münasibətilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri tərəfindən Anım günündə Şəhid Fərhad Babayevin adının əbədiləşdirilməsi məqsədilə Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində onun xatirəsinə inşa edilmiş bulaq – abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, ruhu böyük ehtiramla anılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.