Forumda müxtəlif ölkələrdən  2 mindən artıq nümayəndə iştirak etmişdir

Forumda müxtəlif ölkələrdən  2 mindən artıq nümayəndə iştirak etmişdir

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi və həyat tərzimizi qoruyub saxlaya bilmişik. “Bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı səsləndirmişdir. Qeyd etmək lazımdır ki, Forumda müxtəlif ölkələrdən gələn çoxsaylı qonaqlar da daxil olmaqla, 2 mindən artıq nümayəndə iştirak etmişdir.

Ölkə başçısı Azərbaycan tarixinə nəzər salaraq vurğulamışdır ki, dövlətimiz tarixin müəyyən dönəmlərində azadlığından məhrum olunmuş, xalqımızın haqları əlindən alınmışdır. Buna baxmayaraq, biz bir xalq olaraq heç zaman dəyərlərimizi, adət-ənənələrimizi və milli kimliyimizi itirməmişik. Ata-babalarımızdan miras qalan və bizim üçün müqəddəs olan həyat tərzimizi, mənəvi dəyərlərimizi canımız bahasına da olsa, göz bəbəyi kimi qoruyub saxlamışıq. Hazırda qarşımızda duran əsas vəzifə bu zəngin sərvətimizi ideoloji təxribatlardan qorumaq, onu təhrif olunmamış variantda, sağlam şəkildə gənc nəslə ötürməkdən ibarətdir. Bunun üçün də haqqı nahaqdan ayırmağı bacaran, fərqli baxışları qiymətləndirən, sağlam düşüncəli ölkə gəncləri yetişdirməliyik.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanda əldə olunan bütün nailiyyətlər yalnız daxili imkanlar hesabına qazanılmışdır. İstər 44 günlük Vətən müharibəsində, istərsə də ondan sonrakı fəaliyyətimizdə bizə heç bir ölkə kömək etməmişdir. İşğaldan azad olunmuş torpaqlarda apardığımız genişmiqyaslı yenidənqurma işlərini də tamamilə öz vəsaitimiz hesabına həyata keçiririk. Bu uğurlar, həmçinin ölkəyə cəlb olunan yeni investorlar sayəsində mümkün olur, çünki Azərbaycana olan beynəlxalq maraq getdikcə daha da güclənir. Ölkəmiz özünü qlobal aləmdə etibarlı tərəfdaş kimi tanıtmışdır. Məhz buna görə də hazırda dünyada söz sahibi olan güclü dövlətlər və böyük şirkətlər investisiya yatırmaq üçün Azərbaycana can atırlar.

Paylaş