Fiziki məhdudiyyətli vətənşlarımıza qayğı göstərmək borcumuzdur
Dünyaya gələrkən hər kəs bərabərhüquqlu olur. Təəssüf ki, ya da bəlkə də xoşbəxtlikdəndir ki, başımıza gələcək hadisələri əvvəlcədən bilmirik. Hər birimizin ailəsində, doğmaları arasında və ətrafında elə hadisələr baş verir ki, biz üzülürük. Lakin həyatın şirin bir pay olduğunu unutmamaq və qarşımıza çıxan problemlərin fövqündə yaşamağa davam etməyi bacarmalıyıq. Yaradana görə yaradılmışın sevilməli olduğu bir dünyada hər kəsə yer vardır. Fiziki məhdudiyyətli vətənşlarımızı yük, əziyyət kimi deyil, cəmiyyətdə üzərimizə düşən məsuliyyət kimi görməyi hər birimiz bacarmalıyıq.
1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Məqsəd dünya əhalisinin təxminın 10 faizini təşkil edən bu qəbildən olan insanların həyatlarının yaxşılaşdırılması istiqamətində işlər görmək və dünya əhalisini təşkil edən cəmiyyətlərin diqqətini əlillərin problemlərinə çəkməkdən ibarət olmuşdur. Keçmiş zamanlarla müqayisədə deyə bilərəm ki, bu gün əlillərin problemləri ilə bağlı ciddi işlər görülməkdədir. Ən sadə problemlər, ictimai nəqliyyatda əlillər üçün yerlərin ayrılması, yol keçidlərində onlar üçün qaldıcı liftlərin quraşdırılması, səkilərdə onların hərəkət zonalarının təmin edilməsi vacib amillərdir.
Azərbaycan Respublikası sosialyönümlü və vətəndaşmərkəzli idarəetmə mexanizminə malik bir dövlətçilik anlayışına sahibdir. Ölkə gəlirlərinin böyük hissəsi məhz əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmişdir. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya Azərbaycan Respublikası qoşulub. 2014-cü ildən Vətən uğrunda canlarını və sağlamlıqlarını qurban verən vətəndaşlarımızın və ailə üzvlərinin gələcəyinin təminatı istiqamətində məqsədyönlü işlər görülür. Suraxanı rayonunda da Vətən Müharibəsi şəhidləri ilə yanaşı qazilərə, xüsusi ilə də bədən üzvləri amputasiya olunmuş şəxslərə qarşı böyük diqqət və ehtiram vardır. Yaxşı mənada rayonumuz fərqlənir, seçilir. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı olaraq fərq qoymadan bizə müraciət edənləri, kömək istəyənləri, özümüzün müxtəlif kanallar vasitəsi ilə məlumat aldığımız müharibə qazilərini ziyarət edirək özlərinin və ailə üzvlərinin qayğıları ilə maraqlanırıq. Ölkə başçısı, YAP-ın sədri cənab Prezident İlham Əliyevin və çox hörmətli Mehriban xanımın sosialyönümlü fəaliyyəti nəinki hər bir məmur üçün, hətta hər bir sadə vətəndaş üçün etalon təşkil etməkdədir. Ətrafımızda olan əlil, fiziki və əqli qüsurlu insanlara qarşı diqqətli və mərhəmətli olaq. Sabah bizi nəyin gözlədiyini bilmirik!!!