Ermənistanın hərəkətləri hiyləgərliklə planlaşdırılmış siyasi illüziyanın göstəricisidir
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
30 ilə yaxın idi ki, Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən acıq-aşkar boyun qaçırmışdır. Hansı ki, qəbul olunmuş bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün bərpasının təmin olunması göstərilirdi.
Sonuncu hadisələrə nəzər salsaq görərik ki, Ermənistan rəhbərliyi yenədə öz məkirli iddialarindan əl çəkmək niyyətində deyildir. Bir illüziyaçı tərəfindən gerçəyin və real görüntünün təhrif olunmuş şəkildə insanlara göstərildiyi kimi, Ermənistan rəhbərliyi də siyasi illüziya fəndlərindən və asistantlarının yardımından məharətlə istifadə edərək dünya icimaiyyətinə özünü ac, yazıq və zavallı bir xalq kimi göstərmək istəyir.
Bununla da, siyasi və hərbi arenada biabırcasına məğlub olmuş Ermənistan son çarəni ölkəmizə qarşı əsassız olaraq “blokada “ və ya “humanitar böhran” kimi iddiaları irəli sürərək Azərbaycanı dünya ictimaiyyətində nüfuzdan salmaqda görür. Ermənistanın hərəkətləri əvvəlcədən hiyləgərliklə planlaşdırılmış siyasi illüziyanın göstəricisidir.
Humanitar məsələləri siyasi məqsədlərə üçün istifadə edən Ermənistan rəhbərliyi Azərbaycanın daxili işlərinə qarışaraq Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır. Laçın Sərhəd Buraxılış Məntəqəsi Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təmin olunması üçün yaradılmışdır. Bu bir həqiqətdir ki, Laçın Sərhəd Buraxılış Məntəqəsində silah - sursat və qeyri-qanuni hərbi birləşmələrin daşınmasının qarşısı alınır. Bu da Ermənistan rəhbərliyinin öz çirkin niyyətlərini həyata keçirməyə imkan vermir.
Öz məqsədlərinə nail olmaq üçün “blokada” və ya “humanitar böhran” kimi sübut olunmayan iddialarına 6 avqust 2023-cü il tarixdə BMT Təhlükəsizlik Şurasının iclasında baxılması üçün gündəliyə salındı. Ancaq bu dəfə də Ermənistan siyasəti iflasa uğradı. Cünki onun irəli sürdüyü bütün iddialar əsassız idi. Ermənistanın bu hərəkəti bir atalar sözünü mənə xatırladır “suda boğulan saman çöpündən yapışar”. Ermənistan hər zaman sübutu olmayan, yalan iddiaları irəli sürdükcə onun xarici siyasətinin iç üzü məlum olur.
Artıq dünya icimaiyyətini aldatmaq mümkün deyil. Artıq hiyləgərliklə işlədilən siyasi illüziyaların faydası yoxdur. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasında Erməistanın xarici siyasətinin ikiüzlülüyünü bir daha sübut etdi. Bu Azərbaycan xalqı üçün mənəvi-psixoloji və ideoloji bir qələbədir.
Onu da xatırlatmaq istərdim ki, Erməistan rəhbrəliyi tərəfindən aparılan siyasət ötən illərdə də BMT-də iflasa uğradılmışdır. Yəqin ki bu dəfə Ermənistan rəhbərliyi şikayət etmək üçün adı dövlət olaraq bilinməyən Qəbilə şuralarına üz tutacaq. Onsuz da gərək adamda üz olsun, abır olsun. Axı dövləti də idarə edən insandır.
Bizim də payımıza belə bədnam qonşu düşüb. Amma bunlarla mübarizə aparmağın ən doğru yolu Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməkdir. Həm siyasi, həm də hərb arenasında əldə olunan qələbə dolu tarixin hər səhifəsində Ulu Öndər Heydər Əliyevin dühası və onun siyası davamçısı olan Müzəffər Ali Baş komandan, Prezident İlham Əliyevin imzası vardır.
Atılan bu imzalarla aparılan islahatlar, ölkəmizi dünya arenasında uğurla təmsil edən gənclərin yetişməsinə vəsilə olmuşdur. Güclü xalq, güclü dövlət deməkdir. Xalqın iradəsi- Liderin gücü deməkdir. “Azərbaycan xalqı, onun iradəsi bizim siyasətimizi şərtləndirir” deyərək Prezident İlham Əliyev daima öz siyasətində xalqın iradəsini prioritet olaraq seçmişdir.