Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
26 fevral Xocalıda 1992-ci ildə baş verən soyqırım əsrin faciəsidir. Lakin bu faciəni dünyanın hegomon dövlətləri soyqırım kimi tanımadı. Biz, 32 il ərzində Xocalı qurbanlarının əziz xatirəsini Bakıda yerləşən “Ana harayı”memorial abidəsi qarşısında böyük hüzn və kədərlə yad edirdik. Cənab prezident ilk dəfə Xocalıda 32 il sonra Memorial kompleksin açılışında bu barədə rayon ictimaiyyətinə məlumat vermişdir. Memorial müxtəlif bölmələrdən ibarət olacaqdır. Burada fevralın 25 - dən 26 na keçən gecə törədilmiş soyqırım, Xocalının tarixi, coğrafi əhəmiyyəti, həmçinin Xocalıda faciədən öncəki həyat barədə faktlar öz əksini tapacaqdır. Rayona gələcək ziyarətçilər Memorilda rayonun faciədən əvvəlki həyat, faciə dövründəki faktlar və faciədən sonrakı həyatla bağlı faktlarla ətraflı tanış ola biləcəklər. Memorialda əksini tapacaq maarifləndirici materiallar, faktlar, rəqəmsal məzmun vasitəsiylə soyqırım kimi faciələrin səbəb və nəticələrinin qarşını alınması zərurəti cəmiyyətin, bəşəriyyətin insan haqlarına hörmət etməsinin vacibliyini diqqətə çatdıracaqdır. Tarixi zəfərimizdən sonra qəhraman Azərbaycan xalqı bu dəhşətli faciənin ildönümünü artıq fərqli şəkildə anır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuz tərəfindən, işğalda olan ərazilərimizin azad edilməsi ilə həlak olan Xocalı qurbanlarının və bugünə qədər şəhid olan qəhramanlarımızın qanı yerdə qalmadı.
Xocalı sakinlərindən olan soydaşlarımız cənab prezidentə müraciət edərək bütün şəhid övladları adından minnətdarlıqlarını bildirmişlər. Sakinlər bildirdi ki, bu gün məhz Xocalıda olmaq soyqırımım 32-ci ildönümünü məhz, Xocalıda o məzarsız şəhidlərimizin sanki məzarını ziyarət etmək qədər müqəddəs bir hisdir. Xüsusən 2023 - cü il 15 oktyabr tarixində, yəni prezidentliyinizin 20-ci ilinin tamamnında məhz Xocalıda bayraq ucaltmağınız bir daha sübut etdiki sizin ürəyiniz məhz Xocalıdan olan şəhid ailələri ilə birgə döyünür. Cənab prezidentin də vurğuladığı kimi 32 il ərzində “Xocalıya ədalət” kompaniyasında hər il bu istiqamətdə işlər görülmüş, təqdimatlar keçirilmişdir. Lakin, bizim bu istiqamətdəki fəaliyyətimizin qarşılığını soyqırım kimi dünyanın 18 ölkəsi tanımışdır.
Prezident İlham Əliyev Memorial kompleksin tikilişi ilə bağlı hər il tərəddüd keçirdiyini bildirdi. Çünki Xocalının düşmən tapdağından ,separatçı qüvvələrdən azad olunacağına inamının yüksək olmasından irəli gəlirdi. Xocalıda günahsız insanların qətlə yetirilməsi, işgəncələrə məruz qalmasının xalq olaraq 30 il yox 300 il keçsə belə, yenə unutmarıq. Xocalıda 613 insan vəhşicəsinə qətlə yetirilib, 150 insan itkin düşüb,1000 dən çox insan girov götürülüb, 8 ailə tamamilə yer üzündən silinmişdir. Lakin dünya birliyi bütün bu və bu kimi qəddarlıqlara göz yummağa davam edir və dünyada belə halların təkrarlanmasının qarşısını almaq üçün heç bir cəhd edilmir. Əksinə ikili siyasət yürüutməyə davam edirlər.
20 Sentyabr 2023-cü il antiterror əməliyyatlarından sonra ərazi bütövlüyümüz tamamilə bərpa edilmişdir. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Xocalıda yerli sakinlərin yaşayış yerlərinin bərpa edilməsi prosesinə başlanılıb və əhalinin cari il üçün ata -baba yurdlarına qayıtması əsas planı təşkil edir. Əhalinin doğma yurd –yuvalarına köçürülməsi prosesinə sürətlə start verilmişdir. Belə ki, ötən iki il ərzində Zəngilan rayonunun Ağalı kəndi, Laçın rayonu mərkəzi və eyni zamanda Zabux kəndi,Füzuli rayonunun bir çox kəndlərində əhalinin məskunlaşması prosesi davam etmişdir. Cari il üçün Şuşanın Turşsu kəndinə, Malıbəyli kəndinə əhalinin köçürülməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri zamanı kütləvi qəbirstanlıqlarla qarşılaşmaq mümkündür. Hansıki bu insanlar vəhşicəsinə qətlə yetirildikdən sonra kütləvi şəkildə dəfn olunmuşdular. Bunda məqsəd öldürülən şəxslərin sayının və kimliyinin gizlədilməsidir. Erməni xisləti özünü hər sahədə göstərir. Beləki işğaldan azad edilmiş ərazilərdə əvvəllər ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsi ya yanlış verilir yaxud da heç verilmir. Bu isə həmin ərazilərdə fəaliyyət göstərməyə başlayan vətəndaşlarımıza qarşı açıq aşkar terror təhlükəsidir.
Xalqımız öz gücü ilə bir yumruq kimi birləşərək düşmənin belini qırmağa nail olduğunu sübut etdi. Ermənistana böyük dövlətlərin dəstəyi olmadan onlar heç vaxt bizim torpaqlarımızı işğal altına ala bilməzdi. 44 Günlük Vətən müharibəsi və bir günlük antiteror əməliyyatı zamanı ordumuzun göstərdiyi şücaəti xalqımız yüksək qiymətləndirir. Silahlı qüvvələrimiz yüksək peşakarlıq və cəsarət göstərmişdir. Azərbaycan ordusu həm peşəkar, həm bacarıqlı həm də vətənpərvərvərdir. Bunu alınmaz qala hesab olunan Şuşa əməliyyatı bir daha göstərdi.
Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin təmin edilməsi ilə barışmaq istəmir. Məhz buna görədə özünə havadarlar, himayədarlar axtarmaqda davam edir. Bu işdə yaxın köməkcisi Fransa və Avropa Birliyinin dəstəyini və himayəsini görür. Lakin Azərbaycan Ermənistanı 2 dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi. Ermənistan anlamalıdır ki, Qafqazda yaratdığı problemi nə Avropa ,nə Fransa həll etmək səlahiyyətinə və iqtidarına malik deyil. Qafqazda yaratmağa cəhd göstərdiyi problemi yanlız qarşılqlı anlaşmalı şəkildə həll etməyə səy göstərməlidir.
Cənab prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu günki Azərbaycan regionun söz sahibinə çevrilmişdir.Bunu ölkəmizin iqtisadi inkişafı da göstərir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq, abadlıq, bərpa işləri və minalardan təmizlənmə prosesi heç bir dövlətdən maddi dəstək almadan yanlız öz dövlətimizin maddi imkanları hesabına icra olunur.