Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri
Cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ölkəmizin enerji diplomatiyasının reallaşdırılmasında yeni uğurlu səhifədir. Bu iclaslar, ilk növbədə, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Avropa qitəsinin enerji təminatında rolunun artdığını və açar ölkə olduğunu göstərir. İclasda Avropa İttifaqının üzvü olan Rumıniya Prezidentinin iştirak etməsi isə qitə üçün Azərbaycanın önəmli ölkə olduğunu təsdiqləyir. İclasda cənab Prezident İlham Əliyevin “əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq” sözləri enerji diplomatiyasının genişlənəcəyindən xəbər verir. Çünki indiyədək Azərbaycan rəhbəri reallaşdırmayacağı heç bir sözü deməyib.
Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması müstəqil daxili və xarici siyasət yürüdən, təbii resursları hesabına iqtisadiyyatı dinamik surətdə inkişaf edən ölkəmizin yaxın gələcəkdə Avropa qitəsinin elektrik enerjisi, eyni zamanda yaşıl enerji təchizatçısına çevriləcəyinin göstəricisidir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən bu layihə ölkələr arasında təbii qaz, elektrik enerjisi sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaradır. Cənub Qaz Dəhlizi layihəsi– Avropanın yeni enerji damarıdır. Artıq Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaqdır.
Azərbaycanda hələ ki, üç əsas enerji şirkəti razılaşdırılmış və imzalanmış anlaşma memorandumuna uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə əlavə olaraq 2,5 qiqavat enerji istehsal edəcək. Bərpaolunan enerji mənbələri ilə yanaşı, onun ixrac edilməsi ilə bağlı marşrutlar və infrastruktur da gərəklidir. Artıq bu istiqamətdə də ilk addımlar atılıb. Ötən ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb. Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etməyi nəzərdə tutur. Bu, Azərbaycanın bərpaolunan enerji potensialı və istehsal imkanları ilə müqayisədə kiçik göstərici olsa da ixrac üçün artıq razılaşdırılmış həcmi əhatə edir.