Bütün vəhşiliklər təssüf ki, beynəlxalq təşkilatların gözləri qarşısında baş verib
Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qaızntıların nəticələri də göstərib ki insanlar bu yerlərdə çoxsaylı abidələr yaradıb. Maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində hesablamalara görə 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, 454 tarixi abidə 40mindən artıq müzey eksponatı erməni təcavüzünün qurbanı olmuşdur. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16%-ni itirmiş ölkəyə 60 milyard ABS dollarından artıq ziyan dəymişdir.
İşğalçılar Azərbaycan torpaqlarında qanunsuz arxeoloji “tədqiqatlar” aparmaqdan belə çəkinməmişlər. 1999-cu ildən Azıx mağarasında aparılan qazıntılar zamanı aşkar edilən tapıntılar dünyaya “erməni maddi mədəniyyət nümunələri” kimi təqdim edilmişdir. keçmiş Dağlıq Qarabağa və ona bitişik işğal olunmuş ərazilərdəki faydalı qazıntılar və meşə ehtiyatları amansızcasına talan edilmişdir.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs o cümlədən beynəlxalq təşkilatların xüsusi ölkələrin təmsilçiləri Ermənistanın işğalı və təcavüzünün nəticələrini öz gözləri ilə görürlər. II Qarabağ müharibəsi başa çatandan sonra keçən müddət ərzində minlərlə əcnəbi qonaq, jurnalist siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri bu dəhşətli faciənin izlərini aşkar şəkildə müşhidə ediblər.
Oktyab ayını 5-də Ağdamda Prezident İlham Əliyev dediyi kimi, bir zamanlar bu şəhərin yerləşdiyi ərazidə təşkil olunmuş Azərbaycan Milli Şəhərsalma Forumunun 40-dan çox xarici ölkəni təmsil edən iştirakçıların da erməni barbarlığı və vandalizminin acı nəticələrini görmək imkanı əldə etdilər. Təsadüfq deyil ki, ərazilər işğaldan azad edildikdən sonra buraya gələn ekspertlər, jurnalist Ağdamı “ruhlar şəhəri” yaxud da “Qarabağın Xirosması adlanandırmışllar. Vaxt gələcək ki, yenidən qurulan Ağdam artıq bu bənzətmələrə uyğunlaşmayacaq. Lakin bu adlar erməni faşizminin xislətini səciyyələndirən damğa kimi əbədi olaraq yaddaşda qalacaq.
Bütün bu vəhşiliklər təssüf ki, beynəlxalq təşkilatların gözləri qarşısında baş verib. Həmin təşkilatlar Azərbaycan xalqının humanitar fəlakətinə göz yumdu. Ən çox təssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərdə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndləri qəddarcasına dağılmasının, ermənilərin qanunsuz məskunlaşmasının canlı şahidi olublar lakin heç vaxt Ermənistanı qınamayıblar. Əslində isə ötən illər ərzində Minsk qrupu işğalçılıq siyasətini legitimləşdirməklə məşğul olub.
Ermənilər işğal etdikləri ərazilərdən çıxarkən yenədə faşist xislətlərini gizlədə bilməyiblər və əraziləri minalayıblar. Təcavüzkarlar işğal dövründə bir milyondan çox mina basdırıblar. Müharibə başa çatdıqdan sonra təxminən 250 azərbaycanlı mina partlaması nəticəsində həlak olub. Azərbaycana qarşı olan bu terror siyasəti hələ də davam edir. Ermənistanın silahlı təcavüzü və işğalı nəticəsində Azərbaycana küllü-miqdarda maddi və mənəvi zərər dəymişdir. Belə ki, beynalxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqa zidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam şəkildə ödəməlidir.