YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Rauf Süleymanovun şəhadətinin ildönümü mərasimində iştirak etmişlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri  şəhid Rauf Süleymanovun şəhadətinin ildönümü mərasimində iştirak etmişlər
9 oktyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri şəhid çavuş (MAHHXHQ) Süleymanov Rauf Allahverdi oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. YAP nümayəndələri ailə keçirilən il mərasimində iştirak edərək Süleymanov Raufun ailəsinin qayğıları ilə maraqlanmış, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.
Qeyd edək ki, şəhid çavuş (MAHHXHQ) Süleymanov Rauf Allahverdi oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.