Azərbaycan külək və Günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlayıb

Azərbaycan külək və Günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlayıb

Maxsud Əhmədov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

R.Abidov adına 85 nömrəli tam orta məktəbin direktoru

İyul ayının 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb. Memorandum Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyin tərəfindən imzalanıb. Bu memorandum tərəflər arasında imzalanmış birinci sənəd deyil. Enerji sahəsində aparılan fəal əməkdaşlığın on beş ildən artıq tarixi var.

Azərbaycan başlatdığı və Avropa ittifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihəsi Avropanın enerji xəritəsini tamamilə dəyişir. İlk olaraq neft hasilatı ilə başlayıb sonra, qaz islahatına keçdik.  Prezidenti İlham Əliyev öz çıxışında Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilməsini, uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizinin boru kəməri sistemlərini inteqrasiya etməsi və bununla təbii qazımızın Avropa qitəsinə çatdırılmasını qeyd etdi. Bu gün enerji təhlükəsizliyi məsələləri heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir.

Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanılıb. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Azərbaycan külək və Günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlayıb. Potensialımızla bağlı artıq ilkin qiymətləndirmə aparılıb. Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, Qarabağın Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır.

Prezident İlham Əliyev bu memorandumu “gələcək üçün yol xəritəsi” kimi qiymətləndirib. O, Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq deyib ki, bu razılaşmanında uğurlu olacağından əmindir.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına, modern infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına və onu “bütün qonşuları ilə əlaqələnirən dəmir yoluna” malikdir. Avropa ittifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında nəzərdə tutulan planların icrası ticari dövriyyənin artırılmasına təsir göstərir və bu da öz növbəsində xalqlarımızın rifahı naminədir.