Dünya ictimaiyyəti tərəfindən tarixi uğurumuz dini və humanitar müstəvidə dəstəklənir

Dünya ictimaiyyəti tərəfindən tarixi uğurumuz dini və humanitar müstəvidə dəstəklənir

Mətləb Samidli 

Xəzər Universitetinin tələbəsi
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi xüsusi önəmə malikdir. Dünyda savaşların, münaqişələrin olduğu bir vaxta Azərbaycan liderinə böyük etimadın göstərilməsinin özü dünyaya verilmiş böyük bir ismarıcdır.

Dünya liderlərinə ünvanlanan mesajın mahiyyəti ondan ibarətdir ki, sülh və qardaşlıq təkcə siyasi razılaşmalarla deyil, həm də mənəvi dəyərlərin birliyi ilə qorunmalıdır. Roma Papası və Böyük İmamın Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülhün əhəmiyyətini vurğulamaları, bu tarixi uğurun dini və humanitar müstəvidə də dəstəkləndiyini göstərir.

Azərbaycan və Ermənistan arasında otuz ildən artıq davam edən müharibə vəziyyəti hər iki xalq üçün böyük əzablar və itkilər demək idi. Lakin 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə imzalanmış sülh sazişi bu qanlı səhifəni qapatdı. Prezident İlham Əliyev vurğuladı ki, artıq altı aydır regionda sülh hökm sürür və bu müddət ərzində tərəflər sülh şəraitində yaşamağı sürətlə öyrənirlər.

Bu transformasiya bir daha sübut edir ki, hətta ən dərin etimadsızlıq və münaqişə fonunda belə, humanizm və siyasi iradə sülhü mümkün edə bilər. Azərbaycanın atdığı addımlar Ermənistana yük daşımalarının bərpası və neft məhsullarının ixracına başlanmas sülhün sadəcə sözdə deyil, əməldə və humanitar müstəvidə də tətbiq olunduğunu nümayiş etdirir.

Ümid edirəm ki, Azərbaycanın və onun Prezident cənab İlham Əliyevin sayəsində bu mükafata layiq görülmüş Paşinyan və Ermənistan cəmiyyəti sülhün, əməkdaşlığın qədrini, qiymətini biləcək və  onun qorunmasına böyük səy göstərəcəkdir