Dövlət suverenliyimizin bərpası xalqımızın yaddaşında əbədi qalacaqdır
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşı
2023-cü il ölkəmiz üçün tarixi nailiyyətlər və zəfərlərlə yadda qaldı Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı Ali baş komandan İlham Əliyev çıxışında bildirmişdir: 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.
2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilərək qənimət kimi götürülmüşdür.
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə əldə edildi. Bununla da bu dahi şəxsiyyətin ruhu şaddır. Eyni zamanda, şəhidlərimizin də ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Prezident İlham Əliyev bildirmişdir ki, Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik.
Ordumuzu böyük dərəcədə gücləndirmişik. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır
Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlərki, bu da bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir.
Bu gün xalqımız Ali Baş Komandanına, müzəffər Ordumuza güvənir. Onunla qürur duyur. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər.
Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan xalqına!