Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpaqları olması fikrini təsdiqləyən ölkələrdən biri məhz Tacikistan olmuşdur

Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpaqları olması fikrini təsdiqləyən ölkələrdən biri məhz Tacikistan olmuşdur

Könül Hümbətova 

16 saylı Uşaq Poliknikasının baş həkimi

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Azərbaycan demokratik və güclü bir dövlətdir. Onun gücünü bütün dünya ölkələri artıq yaxşı tanıyır. Ölkəmiz öz uğurlu siyasəti sayəsində Mərkəzi Asiya dövlətləri ilə də yaxın münasibətdədir. Bu münasibətlər arasında Tacikistanla əlaqələri xüsusi vurğulamaq lazımdır.

Azərbaycanın Tacikistan dövləti ilə yaxın münasibəti bügün deyil, keçmişə söykənir. Belə ki, xalqımızın şairləri, yazarları hələ keçmiş dövürdən tacik xalqı tərəfəindən rəğbətlə qarşılanıb və sevilib. Hazırda Tacikistanda 4 minə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onu da qeyd edək ki, iki övlət arasındakı diplomatik münasibətlər hələ 1992-ci il 29 may da qurulumuşdur. 2008-ci il də isə Tacikistanın Azərbaycandakı səfirliyi öz işinə başlayıb. Qarabağ regionunun əzəli Azərbaycan torpaqları olması fikrini təsdiqləyən ölkələrdən biri məhz Tacikistan olmuşdur.

Son dövrlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Dövlətlərarasındakı imzalanan müqavilələr gələcəkdə müxtəlif istiqamətlərin yüksəlişinə səbəb olacaqdır. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Tacikistanda indiyə kimi 6 dəfə rəsmi səfərdə olub. Bu onu göstərir ki, Azərbaycanın türk dövlətləri ilə münasibətləri daha da dərinləşir. Uzaqgörən və uğurlu xarici siyasət aparan Prezident İlham Əliyev sayəsində Azərbaycan daha da güclənəcək və inkişaf edəcəkdir!