Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir

Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir
Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndənin müavini
44 günlük Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalıdır. Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Bütün hallarda sülhün əldə edilməməsi Ermənistanın ziyanına olacaq. Ona görə də, rəsmi İrəvan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan təkliflərini qəbul etməli və sülh sazişini imzalamalıdır.
Bəllidir ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana beş bənddən ibarət təkliflərini təqdim edib. İlk növbədə hər iki dövlətin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı tanınması əks edilib. İkinci bənddə dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcək dövrdə də belə bir iddianın qaldırlmayacağına dair hüquqi öhdəliyin olmasıdır. Üçüncü bəndə, dövlətlərarası münasibətlərdə bir-birinin təklükəsizliyinə hədə törətməkdən, həmçinin siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsədlərinə uyğun olmayan müəyyən hallardan çəkinməkdir. Dördüncü bənddə dövlət sərhəddinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, daha da inkişaf etdirilməsidir. Sonuncu bənddə isə kommunikasiyaların və nəqliyyatın açılışı, digərlərinin qurulması və qarşılıqlı maraq yaradan bir sıra sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir.
Azərbaycan və Ermənistan məhz bu prinsiplər əsasında intensiv nəticəyə yönəldilmiş danışıqlar aparmalı və ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Xarici əlaqələrin gücləndirilməsi, iqtisadiyyatın inkişafı və vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu beynəlxalq görüşlər, danışıqlar, qanun layihələri, həmçinin onun imzaladığı bir sıra fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz təsiri göstərir, dövlətimizin qüdrətini daha da artırır.