Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir Bakıda toplaşır

Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir Bakıda toplaşır
Ülkər Fətəliyeva
YAP S uraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin müəllimi
Aprelin 4-də “Gülüstan” sarayında – Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin XI və Yaşıl Enerji məşvərət Şurası çərçivəsində nazirlərin III iclası keçirilmişdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəxalq maliyyə institutu, həmçinin 42 enerji şirkəti iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının artıq 11-ci dəfədir Bakıda toplaşdığını və Avropa Komissiyası tərəfindən dəstəkləndiyini, enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşmasında birgə səylərin önəmli olmasını vurğulamışdır. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayının ilbəil artmasının müsbət göstərici olduğunu qeyd etmişdir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrini həyata keçirilməsinin mümkün olmazdı. Cənab Prezident həm də enerji şirkətimizin – Dövlət Neft Şirkətinin Azərbaycan daxilində və ondan kənarda həm hasilatı, həm də nəqlolunmada, həm də çatdırılmada uğurlu siyasətindən danışmış, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş, Pan-Avropa qaztəchizatçısı olduğunu xüsusi qeyd etmişdir. Sonuncu görüşdən əlavə 5 ölkənin təbii qazımızın alıcısı olduğunu söyləmişdir. Bununla da Azərbaycanın təbii qazının 12 ölkəyə çatdırılır. Bu ölkələrdən 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Möhtərəm Prezidet qaz təchizatının coğrafiyasının müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişləndiriləcəyi barədə danışdı.
Cənub Qaz Dəhlizinin hamımız üçün böyük uğur hekayəti olmasından danışarkən, Pezident 3500 kilometrlik inteqrasiya edilmiş boru kəmərinin bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriya olduğunu qeyd etmişdir. Hazırda həm Cənubi Qafqaz Boru Kəməri, həm də TANAP və TAP-Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu vəziyyətdə işlədiyini vurğulamışdır. Bu il əsasən “Azəri-Günəşli” Dərin Qaz Strukturunun yeni hasilata başlayacağı və hazırki 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacağını da qeyd etdi.
Prezident İlham Əliyev Yaşıl gündəlik barədə də çıxışında yer ayırmışdır. 2022-ci ildə imzalanan memoranduma əsasən Avropaya qaz təchizatımız 2021-ci ilə təxminən 8 milyard kubmetr, ötən ildə isə 13 milyard kubmetr olmuşdur. Azərbaycan və Avropa Komissiyası energetika sahəsində tərəfdaşlıqla bağlı memorandumdan sonra Avropaya qaz təchizatımız 60 faiz artacağını qeyd olunmuşdur. Son 5 il ərzində Avropa İttifaqı qanunvericiləri daha iddialı enerji səmərəliliyi və 2030-cu il üçün bərpaolunan enerji hədəfləri də daxil olmaqla, Yaşıl Saziş Gündəliyinin və Avropa İttifaqının “Pepower EU” strategiyasının həyata keçirilməsi üçün olan bütün tədbirlər artıq tamamlanması barəbə danışılmışdır. Ötən il Azərbaycanın COP-da sədrliyi zamanı 2030-cu ilə qədər 1500 giqavatlıq enerji saxlama gücünü və 25 milyon kilometrlik elektrik şəbəkəsi infrastrukturunun yaradılması barədə də danışıldı. Bir sözlə, bizə daha çox təbii qaza qənaət etmək imkanı verən Yaşıl enerji gündəliyinə əlavə edilsə, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayacaq. Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıqda bütün tərəflərin etibarlı olması xüsusi qeyd olundu.