Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir

Qulam Səfərzadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı  RİHB-nın Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi   

Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Azərbaycanın idman ölkəsi kimi tanınması və bu sahədə qazandığı uğurlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. İlham Əliyev də öz çıxışında idman sahəsində əldə olunan uğurlardan danışmışdır. Azərbaycanın dünya idman arenalarında yer tutmasından, beynəlxalq yarışlara ev sahibliyi etməsindən söz açmışdır.

Dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil digər sahələrdə də inkişafına səbəb olmuşdur. Azərbaycan idman sahəsində uğurlarının əsas səbəblərindən biri ölkə başçısı İlham Əliyev və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın gənlərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar hesabına olmuşdur.

Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Bütün regionlarda federasiyaların, idman klublarının, Olimpiya mərkəzlərinin olması buna bir sübütdur. İdman komplekslərinin ümumi sayı 50-yə yaxındır. Son illər ölkəmizdə güləş, gimnastika, güləş ,voleybol və digər növlər üzrə beynəlxalq idman yarışları təşkil edilib. 2015-ci ildə I Avropa oyunları, 2016-cı ildən başlayaraq  “Formula-1” Qran-pri yarışları təşkil olunmuşdur.

Beynəlxalq yarışlarda idmançılarımız 800-dən çox medal qazanmışlar, 300-ə yaxını medal qızıldır. Azərbaycan xalqı 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istərsə də siyasi arenada torpqları işğal edilmiş xalq kimi çıxış edirdi.

Biz 44 günlük müharibədə onu göstərdik ki, idman yarışlarında onları məğlub etmişiksə, döyüş meydanında da bunu bacarırıq. İşğaldan azad olunmuş ərazilərdə keçən il beynəlxalq idman yarışları təşkil olunmuşdur. Suqovuşan qəsəbəsində avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası keçirilib, Zəngilanın Ağalı kəndində triatlon və duatlon üzrə yarış keçirilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin baş planları əsasında idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bir sıra şəhərlərdə idman Olimpiya komplekslərinin tikilməsi nəzərdə tutulub. Artıq Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq kompleksinin inşasına başlanılmışdır.

Bütün bunlar Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin, hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurlu davamı və nəticəsidir.Bu gün biz də dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyirik.