COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olacaq.

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olacaq.

Havvaxanım Məmmədhüseynova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Rayonu 267 saylı körpələr evi - uşaq bağçası müdiri

Dekabrın 15 - də bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlətimizin başçısı bu müşavirədə çıxış edib. O, qeyd edib ki, ölkəmiz böyük uğura imza atmışdır. Dünya ölkələri Azərbaycana böyük etimad göstərərək COP29 – un Azərbaycanda keçirilməsini qəbul etmişdir. Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində ölkəmiz bu hörmətə layiq görülmüşdür.

Bu qərarla bütün dünya ictimaiyyəti Azərbaycana apardığı antiterror əməliyyatından sonra öz dəstəyini ifadə etmişdi. Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız  ittihamlar irəli sürmüşdür. Azərbayca öz torpaqlarında separatçılığa, işğalçılığa qarşı əməliyyat keçirdiyi üçün bu ittihamların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan bütün humanitar normalara riayət edib öz suverenliyini bərpa etmişdir.

Bəzi Qərb ölkələri, xüsusən Fransa bununla barışmaq istəmir. Lakin bütün beyvəlxalq birlik yekdilliklə Azərbaycana öz böyük dəstəyini gösrərmişdir. Dünyanın 120 ölkəsi Azərbaycanda keçirilən Qoşulmama Hərakatında öz dəstəyini bizim ölkəyə göstərmişdir. Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilmişdir. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olacaq. On minlərlə xarici nümayəndə ölkəmizə gələcək. İlham Əliyev bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar tapşırıqlar verdi.