COP29 Azərbaycanın müstəqillik tarixinin ən böyük beynəlxalq tədbiridir

COP29 Azərbaycanın müstəqillik tarixinin ən böyük beynəlxalq tədbiridir
İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu toplantısı ölkəmizdə keçirilməsi çox böyük tarixi hadisədir. COP29-un ölkəmizdə keçirilməsinə 200 dövlətin yekdilliklə səs verməsi, 196 ölkəni təmsil edən yüksək səviyyəli nümayəndə heyəti, eyni zamanda ölkəmizə səfər etməsi bu tədbiri tarixi hadisəyə çevirdi. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsindən sonra ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən qarayaxma kampaniyası başladı. COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu məqama toxunan Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, özünü müstəqil QHT adlandıranlar və bəzi siyasətçilər ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girmişdilər. Azərbaycana qarşı təbliğat kampaniyasının əsas tezislərindən biri ölkəmizin neft ölkəsi kimi göstərildiyinə diqqət çəkən Prezident İlham Əliyev ölkəmizdə ilin 250-dən artıq günün günəşli olmasını, Azərbaycan qazının Avropaya ixracının artırılması təşəbbüsünün Avropa Komissiyasının təşəbbüsü olduğunu xatırladıb. “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdı. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”.
Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib ki, COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun. Dövlət başçımızın bu sözləri bütövlükdə dünyamızın gələcəyi üçün Qlobal Cənubla Qlobal Şimalla münasibətlərinin müəyyən olunmasından və tənzimlənməsindən keçdiyi haqqında görüşləri gücləndirir. Dünyanın aparıcı fikir adamlarının qənaətinə görə, Qlobal Cənubla Qlobal Şimal arasında rəqabət və mübarizə qlobal problemlərə qarşı effektli mübarizənin təşkil olunmasına maneə olur. İqlim dəyişikliyi kimi qlobal problemə qarşı da effektli mübarizə yalnız Qlobal Cənubla Qlobal Şimal arasında səmimi əməkdaşlıqdan çox asılıdır. Şimal, Cənub, Qərb və Şərqin qovuşduğu Azərbaycanın, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə vermək təşəbbüsü tarixin yeni bir mərhələsinin başlanğacı ola bilər. Bu mərhələnin gələcəyi isə önəmli dərəcə də mədəniyyətlərarası dialoqdan asılıdır. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Dövlət başçımız qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır.
Beynəlxalq hüququn işləmədiyinə işarə edən Prezident İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd~şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin otuz ilə yaxın bir müddət ərzində kağız üzərində qaldığını, qətnamələrinin tələblərini öz gücümüzlə icra edildyini bildiib. Dövlət başçımız qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın müddətdə Ermənistan işğalında qalmasına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. “Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq”.
COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Dövlət başçımız qeyd edib ki, Azərbaycan Şimal, Cənub, Qərb və Şərqin qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında əməkdaşlıq baş tutur.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ixrac bazarlarına diqqət yetirir və öz tərəfdaşlarımız ilə birgə çalışır ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirsin. Bunun sayəsində Azərbaycanın yaşıl enerjini Avropaya nəql edilməsinin gündəmdə olduğunu qeyd edən dövlət başçısı bununla bağlı texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəyini, bunun isə yalnız bir başlanğıc olduğuna diqqət çəkib.
COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bəyan edib ki, mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Bu təşəbbüslərin iflas etdiyinə diqqət çəkən dövlət başçınız belə deyib: “Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.