COP 29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm məsuliyyətdir
Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demokrasiyasının başlandığını dörd Azərbaycan kəndinin qaytarıldığını, Rusiya -Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sülhə nail olmaq üçün çox yaxşı fürsətlər yarandığını qeyd etmişdir. Ölkəmizin prezidenti həmçinin normallaşma prosesində Almaniyanın dəstəyini də qeyd etmişdir.
Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi.
Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Həmçinin ölkəmizin Prezidenti cənab İlham Əliyev COP 29-a ev sahibliyi etmək bizim üçün həm böyük şərəf, həm məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir deyə ölkə Prezidenti bildirmişdir.