Bələdiyyə seçkiləri ilə əlaqədar Bülbülə qəsəbəsində səyyar görüşlər davam edir
19 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Bülbülə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Bülbülə qəsəbəsi, Şərq küçəsində namizəd Günay Bağırova-Babazadənin və Axundov küçəsində namizəd Hökumə Muxtarovanın iştirakı ilə keçirilmişdir.
Hər iki görüşdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.
Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.