Bülbülə bələdiyyəsində "8 Noyabr- Zəfər Günü" ilə bağlı dəyirmi masa təşkil olunmuşdur

Bülbülə bələdiyyəsində "8 Noyabr- Zəfər Günü" ilə bağlı dəyirmi masa təşkil olunmuşdur

5 noyabr 2025-ci ildə Suraxanı rayonu, Bülbülə bələdiyyəsinin inzibati binasında "8 Noyabr- Zəfər Günü" ilə bağlı dəyirmi masa təşkil olunmuşdur

Dəyirmi masa şəraitində keçirilən müzakirədə Bülbülə bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Nəsib İsmayılov, Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini Elçin Seyfullayev, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, qəsəbədə yaşayan bir qrup şəhid ailə üzvləri, qazilər və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər

Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masada iştirakçılar çıxış edərək bildirdilər ki, ​Zəfər Günü Azərbaycan xalqı üçün mənəvi əhəmiyyət daşıyan bir gündür. Bu tarixi qələbə xalqın 30 ilə yaxın davam edən Qarabağ münaqişəsində haqqını bərpa etməsi və ədalətin qələbəsi olaraq qəbul edilir. Şəhidlərin və qazilərin xatirəsinə ehtiram göstərən bu gün həm də ölkənin birliyinin və gücünün rəmzi olaraq qeyd edilir. Azərbaycan xalqı və dövləti bu qələbəni hərbi, siyasi və diplomatik sahələrdə nümayiş etdirdiyi əzm və əzmkarlıqla qazandı.