Bütün parçalanmaların qarşısı Heydər Əliyevin siyasi bacarığı nəticəsində alındı
Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 114 saylı tam orta məktəbin direktoru əməkdar müəllim
Milli liderliklə siyasi liderlikkeyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən hadisədir. Ulu Öndər Heydər Əliyev elə bir siyasi lider idiki ,o bu xalqın qaranlıq talehinə əbədi işıq saçdı.Heydər Əliyev o liderlərdəndir ki,o cismən xalqından ayrılsada ruhən daima bu xalqın qəlbindədir. 1969-cu ildən sovetlərin hökmüranlığı dövründən Heydər Əliyevin respublika rəhbəri təyin olunması ilə ölkəmizdə sürətli inkişaf dövrü başlayır. Heydər Əliyev ən mürəkkəb vəziyyətdə belə xalqı düşünən onun gələcəyini düşünən şəxsiyyət olaraq Azərbaycan milli diviziyasının ilk komandiri olmuş general Naxçıvanskinin anadan olmasının 75 illiyi ilə əlaqədar Respublika Hərbi Komisarlığı tərəfindən Sovet rəhbərliyinə müraciət etməyi göstəriş verir .Bu göstəriş nəticəsiz qalmır Heydər Əliyev Bakı şəhərində hərbi təyinatlı məktəbin açılmasına nail olur. Bunu Sovetlər dövründə milli zəmində etmək heç də asan proses deyildi. SSR-in yerlərdə nəzarət güclü idi.
1990- cı il 20 yanvar faciəsi zamanı da Heydər Əliyev Moskvaya qəti şəkildə etirazını bildirmişdi. Məhz bütün bunlar Heydər Əliyevin milli liderlik xarakterindən irəli gəlirdi. Ulu Öndər xalqın tələbi ilə elə bir dövrdə hakimiyyətə gəldi ki, artıq xalq və dövlət məhvə doğru sürüklənmişdi, ordusu dağılmış, iqdisadiyyatı çökmüşdü. 1993-cü ildə iyunun 15-də Milli Məclisin sessiyasında Heydər Əliyev Milli Məclisin sədri seçilir. 24 iyunda Milli Məclis Prezidentin səlahiyyətlərini Heydər Əliyevə həvalə edir. 1993-cü ildə oktyabrın 3-də Heydər Əliyev birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilir. Heydər Əliyev parlamentdə sədr seçilən zaman Sürət Hüseynovun Gəncədə hərbi qiyamı, avqustda cənub bölgəsində Əlikram Hümbətovun hakimiyyəti ələ alaraq qondarma Talış - Muğan respublikası yaratması ölkənin parçalanmasına gətirib çıxardı.
Bütün bu parçalanmaların qarşısı Heydər Əliyevin siyasi bacarığı nəticəsində alındı. Bu xalqa əsil rəhbərlik nümunəsidir,milli dəyərlərə hörmət,xalqa sədaqətlə xidmət etməkdir.İqdisadiyyatı dirçəltmək üçün Əsrin müqaviləsinin imzalanması xarici kapitalın ölkəyə cəlb olunmasında böyük əsaslı rolu oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması məqsədilə Heydər Əliyev Konstitusiya Komisiyasını yaratdı və sədirliyini icra etdi. 1995-ci ildə 12 noyabrda Azərbaycan Respublikasının ilk Konstitusiyası yarandı. 1998-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi. Azərbaycanda senzuranın ləğv edilməsi ilə vətəndaş, söz və fikir azadlığı haqqında fərmanlar imzalandı. 1998-ci ildə keçirilən seçkilərdə Heydər Əliyev ikinci dəfə Prezident seçildi. Dünya miqyasında tanınmağa başlayan Azərbaycan, Heydər Əliyevin uğurlu, uzaqgörən siyasi bacarığı nəticəsində məhv olmaq təhlükəsindən Zəfər yolunda addımlayan,regionda söz sahibi olan dövlətə çevrildi.Bu uğurlu,siyasi kursu Cənab Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.