Bu gün ölkəmiz nə iqtisadi, nə də siyasi cəhətdən heç bir ölkədən asılı deyil

Bu gün ölkəmiz nə iqtisadi, nə də siyasi cəhətdən heç bir ölkədən asılı deyil

Fuad Rəhimov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Yeni Suraxanı bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Dövlətimizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.

 

Məlumata əsasən, neft sektoru üzrə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% azaldığı halda, qeyri-neft sektoru üzrə ÜDM 6% artıb ki, bunu da dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına göstərilən dəstəyin nəticəsi kimi qiymətləndirmək olar.

 

Bu gün ölkəmiz nə iqtisadi, nə də siyasi cəhətdən heç bir ölkədən asılı deyil. Ölkəmizdə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir. Xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Biz artıq donor ölkə qismində çıxış edirik, beynəlxalq iqtisadi layihələri maliyyələşdiririk.

 

Dövlətimizin iqtisadi inkişafı gücləndikcə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. İqtisadi inkişaf, gəlirlərin artması bütün sosial sahələrə də müsbət töhfəsini verir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti və cəsarətli addımları sayəsində mümkün olub.2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faizə qədər artırmaqdır.

 

Ölkəmizin uğurlarını gözü götürməyənlərin xislətindən irəli gəlirdi. Əslində həmin qüvvələrin bədxahlığı dünyanın iqlim siyasətinə vecsizlik, dünyanı fəlakətlərdən qorumaq addımları əleyhinə atılmış addım kimi mənalanırdı. Məhz belə bir şəraitdə COP29-a hazırlıq aparılırdı və xalqımız Prezident İlham Əliyevin bu tədbirlə bağlı verdiyi tapşırıqların, ciddi hazırlıqların ölkəmizə, bütövlükdə dünyaya fayda gətirəcəyinə inanırdı. Ona görə də tədbirin təşkilində güclü bir həmrəylik yarandı, sessiyaya böyük könüllü ordusu, gənclər maraq göstərdi. 

 

Regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.

 

Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. D -8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. 

 

Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlətimizin başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları vardır. “Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin”, - deyən Prezident, həmçinin vurğulayıb: “Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.